Cəmiyyət

80-ci illərin məşhur müsabiqəsi geri qayıdır – VİDEO

Sharing is caring!

Vaxtı ilə hər kəsin maraqla gözlədiyi, izlədiyi, illər sonra belə öz aktuallığını itirməyən 80-ci illərin məşhur “Bakı payızı” müsabiqəsi yenidən ekranlara gəlir. 

Hazırda müsabiqəyə hazırlıq işləri gedir. “Best Cast” agentliyinin təşkilati dəstəyi ilə keçiriləcək müsabiqə 2 mərhələdən ibarət olacaq.

“Bakı payızı”nın 35 il sonra yenidən gənc istedadları ətrafına toplaması gənclərin həm təəccübünə, həm də sevincinə səbəb olub.

Ən maraqlısı isə dünyanın istənilən yerində yaşayan həmvətənlərimizin müsabiqənin seçimlərinə onlayn qaydada qatıla bilmələridir. 

Qeyd edək ki, müsabiqədə 16-35 yaş arası hər kəs istedadını nümayiş etdirə bilər. Yanvarın 25-də başlanan seçim turları martın 25-nə kimi davam edəcək.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir