Cəmiyyət

Anar Dadaşov: “Azərbaycanda nağd ödənişlərə hər hansısa məhdudiyyətlər qoyulmayacaq”

Sharing is caring!

“Azərbaycanda nağdsız ödəniş üsulları inkişaf etsə də, nağd ödənişlərə hər hansısa məhdudiyyətlər qoyulmayacaq”.

“Report” xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) nağd pulun idarə edilməsi şöbəsinin rəisi Anar Dadaşov “Nağd pul dövriyyəsinin təşkili-2023” seminarında deyib.

“Avropa Mərkəzi Bankı tərəfindən “Avrozonanın nağd pul strategiyası” deyilən siyasət proqramı hazırlanır. Artıq bu strategiyaya görə, rəqəmsal ödəniş üsullarının olmasına baxmayaraq, nağd pul ödəniş vasitəsi kimi qalmaqda davam edəcək. Avropa Mərkəzi Bankının əhali arasında apardığı sorğuya əsasən, vətəndaşlar nağd pulun əsas ödəniş vasitəsi kimi qalmasını dəstəkləyiblər”, – deyə A. Dadaşov bildirib.

Onun sözlərinə görə, Azərbaycanda ödəniş kartlarının istifadəsi ölkədə genişləndikdən sonra, nağd puldan istifadə getdikcə azalır.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir