Cəmiyyət

Xaçmazda yaşayış binasında YANĞIN: Sakinlər təxliyə edildi – FOTO

Sharing is caring!

Xaçmazda beşmərtəbəli binada yanğın qeydə alınıb.

APA-nın Şimal bürosunun verdiyi məlumata görə, hadisə şəhərin Nərimanov Nərimanov küçəsində yerləşən 74 saylı binanın zirzəmisində baş verib.

Yanğından sonra yaşayış binasının bir blokunda tüstülənmə olub. Əraziyə Xaçmaz Dövlət Yanğından Mühafizə Bölməsinin 2 yanğınsöndürən maşını və canlı qüvvəsi cəlb olunub. Təhlükəsizlik qaydalarına görə tüstü dolan blokun sakinləri təxliyyə olunub. Xəsarət alan olmayıb.

Yanğına zirzəmidə yaşayan tüfeyli həyat tərzi sürən şəxsin səbəb olduğu bildirilir.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir