Cəmiyyət

Sürücülər yük avtomobillərinə qoyulan qadağalara etiraz edirlər – VİDEO

Sharing is caring!

Abşeron rayonunda sürücülər idarə etdikləri yük avtomobillərinə qoyulan qadağalara etiraz edirlər.

Xezerxeber.az-ın məlumatına görə, onlar Baş Dövlət Yol Polisi İdarəsinin qarşısına toplaşaraq sənəddə (texniki pasportda) 59 ton çəki göstərildiyi halda, bunun 32 tona endirilməsini düzgün hesab etmirlər.

Sürücülərin iddia edirlər ki, yük avtomobillərində hər oxa görə 8 tona icazə verilib. Bu da bir yük avtomobilində 4 ox olmaqla hesablanır. Belə olan halda apardıqları yük azalır və qazanc əldə edə bilmirlər. Onlar  avtomobillərdə yükə görə təyin olunan  çəkinin  ən azı iki ton qaldırılmasını isitəyirlər.

Şikayətçilər bildirirlər ki, bəzi sürücülər məcburiyyətdən artıq yük vururlar və bu da onlara baha başa gəlir. Yol polisləri onlara birinci dəfə 600 manat, bu hal ikinci dəfə təkrarlanarsa 1200 manat cərimə yazır. 

Baş Dövət Yol Polis İdarəsinin ictimai qurumlarla əlaqə şöbəsindən verilən məlumata görə, ötən gün bir qrup şəxsin sözügedən məsələ ilə bağlı müraciəti nəzərə alınaraq onlar tərəfindən seçilmiş nümayəndə rəhbərlik tərəfindən qəbul olunaraq dinlənilib. Qəbul zamanı qaldırılan məsələ ilə əlaqədar qanunvericilikdə, o cümlədən Nazirlər Kabinetinin müvafiq qərarında, DYP-nin fəaliyyətini tənzimləyən normativ hüquqi aktlarda nəzərdə tutulmuş qaydalar barədə onlara ətraflı məlumat verilib.

Daha ətraflı süjetdə:

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir