Cəmiyyət

Bədənində çürümə gedən iki aylıq körpənin anası: Yemək almaqda belə çətinlik çəkirik – FOTO

Sharing is caring!

Ucarda yaşayan ailə bədbəxt hadisə ilə üzləşib.

Bu barədə Oxu.Az-a Süleymanova Dilbər Siyasət qızı məlumat verib.

O bildirib ki, 2 aylıq övladı ağır yanıq xəsarətləri alıb:

“Hadisə 10 yanvar tarixində baş verib. Mən həyətdə olarkən 7 noyabr 2022-ci il təvəllüdlü övladım Süleymanov Əli Aslan oğlu ağlamağa başlayıb. Bunu görən 6 yaşlı oğlum onu mənə gətirmək istəyərkən ayağı ilişib və odun sobasına tərəf yıxılıb. 2 aylıq körpəm isə sobanın üzərinə düşüb. Kürəyi, ayağı, ağzı yanıb. Həkimlər 2-ci dərəcəli yanıq diaqnozu qoyublar. Vəziyyəti ağır olduğundan bizi dərhal Ucardan Bakıya göndərdilər. Hazırda şəhər xəstəxanalarından birində müalicə alırıq”.

Ana bildirib ki, övladının yenidən əməliyyat olunması üçün 2 000 manata ehtiyacı var.

“Əli dəriköçürmə əməliyyatı edilib. Bədəninin bəzi hissələrində çürümə gedir. İnanın ki,  övladımın altını dəyişmək üçün bez belə ala bilmirəm. Yemək tapmaqda çətinlik çəkdiyim üçün ona ana südü verə bilmirəm. Bütün günü ağlayır. Əlimdən isə onu bəsləmək gəlmir. İmkanlı şəxslərdən xahiş edirəm 2 aylıq övladımı bu çətin vəziyyətdən çıxara bilməyim üçün mənə əl uzatsınlar”.

Məlumat üçün bildirək ki, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tərəfindən Xidmətlər Zərfinə uyğun olaraq Süleymanov Əli Aslan oğlunun müayinə və müalicəsi üçün köməklik göstərilir.

Ailə ilə əlaqə: 0509767042

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir