Cəmiyyət

Ötən il Bakıda baş verən ağır qəzalarda ölənlərin sayı AÇIQLANDI

Sharing is caring!

Bakıda ötən illərlə müqayisədə yol-nəqliyyat hadisələrinin sayı kəskin azalıb.

Bu barədə Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin baş inspektoru, polis mayoru Araz Əsgərli Oxu.Az-a məlumat verib.

DYP əməkdaşı bildirib ki, 2022-ci ildə Bakıda 437 ağır yol-nəqliyyat hadisəsi baş verib:

“Nəticədə 188 nəfər ölüb, 355 nəfər xəsarət alıb. Bu, ötən illə müqayisədə 77 hadisə, 23 ölüm halı, 58 xəsarət halı azdır”.

Bundan əlavə, o bildirib ki, paytaxtda ötən il 269 piyadanı avtomobil vurub.

Nəticədə 134 nəfər ölüb, 153 nəfər xəsarət alıb: 

“2021-ci illə müqayisədə piyada vurmaların sayı 41 fakt azalıb”.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir