Cəmiyyət

Narkotik vasitənin təsiri altında olan BMW sürücüsü saxlanıldı

Sharing is caring!

Dekabrın 28-də saat 12 radələrində Xırdalan şəhəri ərazisində Bakı sakini Qırxlar Bədəlov idarə etdiyi BMW markalı avtomobillə qayda pozduğuna görə Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.

Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.

Bildirilib ki, polis əməkdaşları tərəfindən sürücünün narkotik vasitənin təsiri altında olması müəyyən olunub və barəsində İnzibati Xətalar Məcəlləsinin 333.2-ci maddəsinə əsasən protokol tərtib edilməklə 400 manat məbləğində cərimə olunub.

Məhkəmənin qərarı ilə Q.Bədəlov iki il müddətində sürücülük hüququndan məhrum edilib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir