Cəmiyyət

Qanunsuz ov edən şəxslər cəzalandırıldılar

Sharing is caring!

Xəzər dənizinin Xaçmaz və Astara rayonları akvatoriyasında, Mingəçevir su anbarında, Nizami kollektorunda qanunsuz balıq ovlayan şəxslər saxlanılıblar.

Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəsmisi Bəhruz Məhəmmədov bildirib ki, araşdırma zamanı brakonyerlərin Xaçmaz rayon sakinləri Altay Qubatov, Qalib Cəbrayılov, Rövşən Museyibov, Səxavət Əsgərov, İkram Həsənov, Siyəzən rayon sakinləri Hikmət Ağayev və Asif Mirzəyev, Mingəçevir şəhər sakini Seymur Yusubov, Astara rayon sakinləri Zülfü Süleymanov və Coşqun Dadaşov olduqları müəyyən edilib, onlardan istifadəsi qadağan olunmuş ov alətləri götürülüb:

“Ayrı-ayrı inzibati rayonların ərazilərində ov qaydalarını pozduqlarına görə Biləsuvar rayon sakini Həsən Həsənli, Sabirabad rayon sakinləri Müşfiq Əliyev və Elvin Əliyev saxlanılıblar. Faktlarla bağlı təqsirkar şəxslər barəsində protokol tərtib olunub və qanunamüvafiq tədbirlər görülüb”. 

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir