Cəmiyyət

Suraxanıda 64 yaşlı kişini avtomobil vurub

Sharing is caring!

Bakının Suraxanı rayonunda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Report” xəbər verir ki, Hövsan qəsəbəsində avtomobil yolu keçən 1958-ci il təvəllüdlü Osmanov Mirzə Həmdulla oğlunu vurub.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb.

Hadisənin təfərrüatı araşdırılır.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir