Cəmiyyət

Xızıda avtomobil velosipedçini vuraraq öldürüb

Sharing is caring!

Xızı rayonunda avtomobil velosipedçini vuraraq öldürüb.

“Report”un əldə etdiyi məlumata görə, hadisə dekabrın 14-də Bakı-Quba-Dağıstan sərhədi yolunun Xızı rayonu ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, sürücü, 1973-cü il təvəllüdlü Babayev Səfa Vəzir oğlu idarə etdiyi “Mitsubishi L 200” markalı avtomobillə yolun təmiri bitmiş, lakin istifadəyə verilməmiş hissəsində hərəkətdə olarkən velosipedçi, 1963-cü il təvəllüdlü Əliyev Əlirza Ağarza oğlunu vurub. Nəticədə velosipedçi hadisə yerində dünyasını dəyişib.

Faktla bağlı Cinayət Məcəlləsinin 263.2-ci (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanılıb, istintaq aparılır.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir