Cəmiyyət

Gələn həftədən bağçalara isti yemək veriləcək

Sharing is caring!

“Gələn həftədən Azərbaycanda 50-yə yaxın bağça isti yemək təminatına başlanılacaq”.

Oxu.Az-ın məlumatına görə, bunu elm və təhsil naziri Emin Əmrullayev brifinqdə deyib.

Onun sözlərinə görə, bağçalarda uşaqların qidalanmasına dair standartların ilkin versiyası hazırlanıb:

“Hazırda bağçalarda uşaqların qidalanması 1994-cü ilin normativi ilə işləyir. İndiki normativdə qida qramla qeyd edilib. Oradakı siyahıda ərzaqların bir çoxu bazarda yoxdur”.

“Bizim yanaşmamız qida növləri ilə deyil, kalori, yaşa uyğun normalarla tənzimlənmədir”, – deyə nazir əlavə edib.

İlhamə Əbülfət

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir