Cəmiyyət

Cəbrayılda hərbçilər qəzaya düşüblər, ölən və xəsarət alanlar var

Sharing is caring!

Cəbrayıl rayonunda Dövlət Sərhəd Xidmətinin hərbçiləri qəzaya düşüblər.

Oxu.Az-ın sorğusuna cavab olaraq, DSX-nin Mətbuat Xidmətindən bildirilib ki, hadisə bu gün Cəbrayıl rayonunun Şükürbəyli kəndində baş verib. 

Şükürbəyli kəndində xidmətə məxsus UAZ markalı avtomobil hərəkətdə olarkən “Shacman” markalı yük avtomobili onun hərəkət zolağına çıxıb və qəza baş verib. Qəza nəticəsində bir neçə hərbçi xəsarət alıb.

DSX-nin hərbi qulluqçusu, baş çavuş Elmir Abbasov xəstəxanada həkimlərin müdaxiləsinə baxmayaraq, dünyasını dəyişib.

Digər yaralıların müayinə və müalicəsi davam etdirilir.

Könül Cəfərli

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir