Cəmiyyət

Nazir: “İsrailin dəstəyi ilə Kibertəhlükəsizlik Mərkəzi yaxın vaxtlarda işə başlayacaq”

Sharing is caring!

“İsrailin dəstəyi ilə Azərbaycanda Kibertəhlükəsizlik Mərkəzi yaxın vaxtlarda fəaliyyətə başlayacaq, burada informasiya texnologiyaları sahəsində mütəxəssis və təlimçilər yetişdiriləcək”.

“Report” xəbər verir ki, bunu Bakıda İslam Əməkdaşlığı Gənclər Forumunun (ICYF), İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) birgə təşkilatçılığı ilə keçirilən Azərbaycan İnvestisiya və Gənc Sahibkarlar Forumunda rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev deyib.

“Mərkəz İsrailin “Technion” Universiteti ilə bağlanmış müqavilə əsasında yaradılır. Virtual məkanla bağlı bizim həyata keçirdiyimiz önəmli layihələrdən biri kibertəhlükəsizliklə bağlıdır. Burada söhbət həm ölkənin, həm də özəl kiçik və orta sahibkarlıq subyektlərinin kibertəhlükəsizliyindən gedir. Yaxın 3 il ərzində Azərbaycan bazarına yüksək ixtisaslı mütəxəssislər və təlimçilər buraxacaq mərkəzin yaradılması ilə bağlı qərar var və yaxın zamanlarda bu mərkəz işi başlayacaq”, – o deyib.

“Azərbaycan Prezidenti gənclərin gələcəyinə inanır və bu gənclik gələcəkdə öz potensialını realizə edə bilməsi üçün əlindən gələni edəcək”, – nazir əlavə edib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir