Cəmiyyət

Zaqatala sakini tanışını içki şüşəsi ilə vuraraq öldürüb

Sharing is caring!

Noyabrın 4-ü Zaqatala rayonunun Fındıqlı kəndi ərazisində 1970-ci il təvəllüdlü Elxan Xəlilovun öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Bu barədə Zaqatala rayon prokurorluğu məlumat yayıb.

Bildirilib ki, aparılmış araşdırmalarla zərərçəkmişin tanışı, 1952-ci il təvəllüdlü Qriqoriy Burqandinovun şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı spirtli içki şüşəsi ilə baş nahiyəsinə xəsarət yetirərək Elxan Xəlilovu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Zaqatala rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Qriqoriy Burqandinov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

İş üzrə istintaq davam edir.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir