Cəmiyyət

Ana və yeddi yaşlı qızını maşın vurub

Sharing is caring!

Şəkidə ana və övladını avtomobil vurub.

APA-nın məlumatına görə, hadisə bu gün səhər saatlarında Şəki şəhəri M.F.Axundov prospektində baş verib.

Rayon sakini Tural Məmmədov idarə etdiyi VAZ-2107 markalı minik avtomobili ilə şəhər sakinləri – 1988-ci il təvəllüdlü Nahidə Rəsul qızı Rəhimova və onun 7 yaşlı övladı Yağmur Vüsal qızı Rəhimzadəni vurub.

Qəza zamanı müxtəlif dərəcəli bədən xəsarətləri alan N.Rəhimova və qızı Şəki Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər, vəziyyətləri orta-ağır qiymətləndirilir.

Hadisə baş verən zaman N.Rəhimova övladını məktəbə aparırmış.

Faktla bağlı Şəki Şəhər-Rayon Polis Şöbəsində araşdırma aparılır.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir