Cəmiyyət

Ayan iki yaşından xərçənglə mübarizə aparır: Qolları göyərib, bədəni şişib – FOTO

Sharing is caring!

Yeddi yaşlı Ayan İmamverdiyeva leykozdan əziyyət çəkir.

Bu barədə Oxu.Az-a onun anası Ruhəngiz İmamverdiyeva məlumat verib.

O bildirib ki, Ayana 2019-cu ildə bir dəfə sümük iliyi köçürülüb:

“Övladım 1 yaş 7 aylığından bu xəstəlikdən əziyyət çəkir. Bu xəstəliklə yanaşı, Hepatit C ilə də mübarizə aparır. Ona sümük iliyi nəql edilsə də, xəstəlik bir il sonra yenidən baş qaldırdı.

Hazırda vəziyyəti orta ağırdır. Bədəni şişib. Bizim bir kurs müalicəmiz 2 500 manata başa gəlir. İllərdir bu xəstəliklə mübarizə apardığımız üçün artıq maddi olaraq tükənmişik. Ayan isə artıq çox yorulub, iynələr bütün qollarını göyərdib. Onu belə gördükcə biz də məhv oluruq. Heç bir valideynə belə günlər yaşamağı arzu etmirəm. İmkanlı şəxslərdən xahiş edirik, bizə kömək etsinlər”.

Əlaqə nömrəsi (Ayanın atası Orxan İmamverdiyev): 055-928-84-89.

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tərəfindən İmamverdiyeva Ayan Orxan qızının valideyni ilə əlaqə saxlanılıb:

“Valideyn övladının kəskin leykoz qan xəstəliyindən əziyyət çəkdiyini və müalicəsinə köməklik göstərilməsini xahiş edib. Qeyd edək ki, vətəndaş TƏBİB-in tabeliyindəki Milli Hematologiya və Transfuziologiya Mərkəzində dispanser qeydiyyatındadır. 2019-cu ildə vətəndaşın müayinə və müalicəsi Heydər Əliyev Fondu hesabına həyata keçirilib. Valideynə tibbi xidmətin hazırda “Qanın bədxassəli xəstəlikləri ilə mübarizəyə dair Tədbirlər Proqramı“ çərçivəsində Hematologiya İnstitutunda ödənişsiz həyata keçirildiyi barədə ətraflı məlumat verilib. Lakin valideyn Proqram çərçivəsində icra olunan tibbi xidmətdən imtina edərək müalicənin yalnız Talassemiya Mərkəzində aparılmasını xahiş edib”.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir