Cəmiyyət

Paradoks: Yaşıllaşdırma birliyi şam ağaclarını kəsdiyinə görə cərimələnib – FOTO

Sharing is caring!

Bakı şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyi şam ağaclarını kəsdiyinə görə cərimələnib.

Bu barədə Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəsmisi Bəhruz Məhəmmədov Oxu.Az-a məlumat verib.

O, Yasamal rayonu, Mikayıl Müşfiq küçəsi, 78 və 90-92 nömrəli yaşayış binasının arxa hissəsində ağacların kəsilməsi ilə bağlı Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinə daxil olan şikayətin araşdırıldığını bildirib:

“Əraziyə keçirilən baxış zamanı ümumilikdə 13 şam ağacının kəsildiyi, kəsilmiş ağaclardan 9-nun bioloji inkişafda, 4-nün isə quru olduğu müəyyən olunub. Araşdırma zamanı ağacların Bakı şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyi tərəfindən götürüldüyü məlum olub. Faktla bağlı akt, protokol tərtib edilib”.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir