Cəmiyyət

Şamaxıda ağır qəza: Ər və arvadı xəsarət aldılar

Sharing is caring!

Şamaxı rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın yerli bürosunun xəbərinə görə hadisə Bakı-Şamaxı-Yevlax yolunun Şamaxı şəhəri ərazisindən keçən hissəsində qeydə alınıb.

Rayonun Çuxuryurd kənd sakini, 1980-ci il təvəllüdlü Xəlilov Samir Əlisəfa oğluna məxsus VAZ-2106 markalı minik avtomobili qarşı tərəfdən gələn Şamaxı şəhər sakini, 1991-ci il təvəllüdlü Daşdəmirov Fərahim Natiq oğlunun idarə etdiyi “Hyundai Sonata” markalı minik avtomobili ilə toqquşub.

Hadisə zamanı VAZ-2106-nın sürücüsü Samir Xəlilov və onun həyat yoldaşı, 1983-cü il təvəllüdlü Xəlilova Xumarə Şahvələd qızı müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılar Şamaxı Mərkəzi Rayon Xəstəxanasına aparılıb.

Faktla bağlı araşdırma aparılır.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir