Cəmiyyət

Bulvarda sökülən atraksionların yerinə niyə yeniləri gətirilmir? – AÇIQLAMA

Sharing is caring!

Bir müddətdir ki, bulvar ərazisində bəzi atraksionların istifadəsi dayandırılıb, bir neçə atraksion sökülüb.

Bir neçə ay əvvəl Dənizkənarı Bulvar İdarəsinin sədrinin müşaviri Könül İmamverdiyeva Trend-ə bildirmişdi ki, həmin atraksionların istismar müddəti bitdiyi üçün ərazidən götürülüb.

Amma hələ də köhnələrinin yerinə yeniləri gözə dəymir.

Məsələ ilə bağlı Trend-ə açıqlama verən K.İmamverdiyeva bu dəfə bildirib ki, yeni atraksionların quraşdırılması üçün iş gedir:

“Hazırda yeni atraksionların quraşdırılması ilə bağlı investorlarla danışıqlar aparılır və layihə üzərində işlər gedir”, – deyə K.İmamverdiyeva əlavə edib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir