Cəmiyyət

Hansı halda fizioterapiya nəticə verməyə bilər? – AÇIQLAMA

Sharing is caring!

“Fizioterapiyaya müraciətlər çoxdur. Bəzən xəstələr müraciət edir, ancaq müayinədən keçmirlər. Onlar düzgün şəkildə rentgen, MRT müayinəsindən keçməlidirlər. Xəstə bunlardan keçməsə, düzgün müalicə oluna bilməz və müalicəsində əks-göstəriş yaranar”.

Oxu.Az xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, fizioterapevt Təranə Məmmədova nazirliyin rəsmi “Instagram” hesabında canlı yayım zamanı deyib. 

“Onurğa problemləri günümüzün ən aktual xəstəliklərindəndir. Onurğa deformasiyaları günümüzdə çox yayılıb. Səbəbi həyat tərzimizlə bağlıdır. İnsanlar gününün çox hissəsini texnoloji vasitələrdən istifadə ilə keçirirlər. Oturaq həyat tərzi vərdişə çevrilir, havasız yerlərdə vaxt keçirirlər. Nəticədə əzələ zəifləyir, onurğa sütunu öz fəaliyyətini yerinə yetirə bilmir və xəstəliklər yaranır. Bəzən fəqərələrarası disk yırtıqları olur. Onlara vaxtında müdaxilə edildikdə cərrahi əməliyyatlara ehtiyac qalmır”, – deyə T.Məmmədova bildirib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir