Cəmiyyət

TARİXİ HƏQİQƏTLƏRİ TƏHRİF ETMƏK OLMAZ

Sharing is caring!

Azərbaycan ötən il Vətən müharibəsində qazandığı şanlı Zəfər sayəsində regionun geoiqtisadi və geosiyasi mənzərəsini yenidən dizayn edib. Respublikamızın yaratdığı yeni reallıqlar fonunda bölgədə əməkdaşlığın və təhlükəsizliyin möhkəmləndirilməsi üçün unikal imkanlar, münbit zəmin yaranıb ki, bu da yalnız qalib Azərbaycan üçün deyil, digər qonşu dövlətlər, həmçinin Avrasiyada digər bir sıra ölkələr üçün böyük önəm daşıyır. Azərbaycan üç onillik ərzində işğal altında qalan ərazilərində törədilən vandalizm əməllərinə, dağıntılara baxmayaraq, müharibə səhifəsini bağlamaq və gələcəyə baxmaq niyyətindədir.
Azərbaycan ermənilərdən fərqli olaraq heç bir mifologiya yaratmamalıdır. Prezident İlham Əliyev Füzuli sakinləri ilə görüşündə bu barədə dəqiq faktlar göstərdi. Dedi ki, tarixə ədalətli yanaşmalıyıq. Tarixi olduğu kimi bilməliyik və qiymət verməliyik. Çünki 1991-ci ilin oktyabrında bir çox keçmiş müttəfiq respublikalar artıq öz dövlət müstəqilliyini elan etmişdir.
1990-cı il noyabrın 17-də Heydər Əliyevin təşəbbüsü ilə o vaxt Naxçıvan Muxtar Sovet Sosialist Respublikasının adı dəyişdirildi, “Sovet Sosialist” sözləri o addan götürüldü, sadəcə, Naxçıvan Muxtar Respublikası adlandırıldı. Gələcəkdə düzgün addımların atılması üçün gənc nəsil bu həqiqətləri tanımalıdır. 1990-cı il noyabrın 17-də Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağı Naxçıvanda rəsmi bayraq kimi qəbul edildi. Azərbaycan Ali Soveti qarşısında vəsatət qaldırıldı ki, oxşar addımı Azərbaycan Ali Soveti də etsin. Ancaq bu edilmədi. Əksinə, 1991-ci ilin yazında Sovet İttifaqı çərçivəsində keçirilmiş referendumda, Sovet İttifaqının saxlanmasına dair referendumda o vaxtkı Azərbaycan rəhbərliyi xalqın iradəsinə zidd olaraq referendumun nəticələrini saxtalaşdıraraq Sovet İttifaqının saxlanmasına səs verdi. Bütün bunlar tarixi gerçəklikdir, bunları heç vaxt danmaq olmaz.
Əfsuslar olsun ki, bizim tarixi Qələbəmizi həzm edə bilməyənlər var. Bir sıra xarici dövlətlər, beynəlxalq təşkilatları, erməniyə havadarlıq edən bəzi siyasətçilər, diplomatlar məsələnin hələ tam həll edilmədiyini, hər bir fürsətdə ölkəmizə qarşı iddialar irəli sürülər. Onlar bölgədə sülhün, təhlükəsizliyin bərqərar olmasının istəmirlər. Azərbaycana qarşı iki standartlarla yanaşırlar. Qanunsuz olaraq Azərbaycanın ərazisinə gəlir, burada təxribatçı mövqe sərgiləyir, hansısa “status “məsələsini qaldırır, revanşist çağırışlar edirlər. Daim insan hüquq və azadlıqlarının müdafiəsi, qorunması müdafiə edən bu təşkilatlar nə üçün azərbaycanlıların pozulmuş hüquqlarını görmək istəmir? Əlbəttə, bunun cavabı bizə yaxşı məlumdur. Ona görə də davamlı olaraq bütün platformalarda fəal olmalıyıq, öz haqlı mübarizəmizi aparmalıyıq.
Günel Əliyeva

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir