Cəmiyyət

RƏSMİ İRƏVANIN AZƏRBAYCANA QARŞI EKOLOJİ TERRORU

Prezident İlham Əliyev Bu günlərdə Tərtər rayonunda olarkən Suqovuşan su anbarının əhəmiyyətindən xüsusi olaraq bəhs edib O, deyib ki, işğal zamanı Ermənistan Suqovuşan su anbarından istifadə edərək Azərbaycana qarşı ekoloji terror törədirdi. Hətta Avropa Şurası Parlament Assambleyasının sessiyalarının birində bu məsələ ilə bağlı xüsusi məruzə təqdim olunmuşdu və nəticədə xüsusi qətnamə qəbul edilmişdi. Ermənistan dövləti ittiham edilmişdi və bu, Azərbaycanın böyük uğuru olmuşdur. İşğal dövründə ermənilər yay mövsümündə Suqovuşanda suyu kəsirdilər, qış mövsümündə isə buraxırdılar. Yayda bizim kəndlilərimiz, fermerlərimiz susuz qalırdı, qışda isə suyu buraxıb daşqınlara səbəb olan təbii fəlakət törədirdilər.
Qoy Ermənistan dövləti və onun siyasi-hərbi rəhbərliyi papağını qarşısına qoyub düşünsün ki, yeganə yol əməkdaşlıq yoludur. Artıq tarixə qovuşan Dağlıq Qarabağ münaqişəsinin həlli prosesində Ermənistana beynəlxalq hüququ kobud şəkildə pozmasına görə heç bir təzyiq göstərilmədisə, cəzalandırılmadısa, əksinə təcavüzkar onu dəstəkləyən ölkələrdən hər cür maddi, hərbi yardımla təmin olundusa, bu halda beynəlxalq hüququn işlək vəziyyətdə olmasını dilə gətirmək mümkünsüz idi.
Danışıqlar prosesi çərçivəsində Ermənistan daim bizə qarşı fərqli xarakterli hərbi təxribatlar törədirdi. Danışıqlar prosesində bir az tərəqqi olan kimi dərhal hərbi təxribat törədilirdi, mülki əhaliyə hücum edirdi və danışıqları pozurdu. İkinci Qarabağ savaşından öncə – iyul və avqust aylarında da buna oxşar hərbi təcavüz etdi. İyul ayında bizim mülki əhalini və hərbçiləri artilleriya atəşinə tutdu. Bunun nəticəsində bizdə itkilər olmuşdur. Avqust ayında isə təxribat qrupunu Azərbaycana göndərmiş və burada terror aktları törətməyə cəhd etmişdi. Bu təxribat qrupu da zərərsizləşdirildi. Bütün bunları əsla unutmaq olmaz, həmin qeyri-insani faktları bundan sonra da nəzərdə saxlamaq gərəkdir.Mənasız qarşıdurma yolu Ermənistanı açıq-aşkar uçuruma aparırErmənilər anlamalıdırlar ki, həmin uçurumun bir addımlığındadırlar. Onların xilası yalnız qarşılıqlı əməkdaşlıq yolu ilə mümkündür. Ermənistan nə qədər bunu tez dərk etsələr, bir o qədər də düşdükləri fəlakətli vəziyyətdən çıxış yolu tapa bilər. Azərbaycan Prezidenti də əməkdaşlıq yolunu təklif edib. Əgər qarşı tərəf bu fikrqəbul etməyib yenə də mənasız iddialarla baş qatmağa çalışacaqlarsa, dəmir yumruq yerindədir.
Qarabağın azad edilməsi və böyük qayıdışın həyata keçirilməsi hər bir azərbaycanlı üçün tarixdən ibrət dərsi götürməyi tələb edir. Biz 28-30 il əvvəlki məğlubiyyətlərimizin acı nəticələrini düzgün təhlil etməliyik ki, gələcək nəsil də bunlardan yetərincə düzgün nəticə çıxara bilsin.
Xəyalə Ramazanova, müəllim

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir