Cəmiyyət

DÜNYANIN DİQQƏTİ AZƏRBAYCANDADIR

Sharing is caring!

Erməni işğalçıları dünya tarixində misli-bərabəri olmayan barbarlıq və vandallıq törədiblər. Misli görünməyən vəhşiliyin tək bir səbəbi var – Azərbaycan xalqına qarşı olan nifrət. O Azərbaycan xalqına ki, ermənilərə vaxtilə qucaq açıb. O Azərbaycan xalqına ki, vaxtilə çar Rusiyası tərəfindən İrandan köçürülmüş ermənilərə burada yer verib. Bu gün Ermənistanın havadarları bu həqiqətləri görməlidirlər. Bu məqsədlə artıq kitablar nəşr etməyə başlamışıq. Fəal təbliğat proseslərinə start verilib. Bütün dünya görməlidir ki, Azərbaycan təkcə özünü müdafiə etməyib, eyni zamanda erməni faşizminin belini qırıb. Erməni faşizmi bu bölgədə qol-qanad açıb və xarici havadarlarının dəstəyinə arxalanıb ərazimizi otuz il ərzində işğal altında saxlamışdı.
Azərbaycan hazırda iki böyük təşkilata – Qoşulmama Hərəkatına və Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına sədrlik edir. Buna qədər də bir sıra qurumlara rəhbərlik edib. Bugünlərdə daha bir qürurverici xəbər aldıq. Ölkəmizin Qoşulmama Hərəkatına sədrliyi üzv dövlətlərin müraciəti ilə daha bir il uzadıldı. Bu, böyük diplomatik nailiyyətdir və Azərbaycanın bütün dövlətlərlə, o cümlədən mötəbər qurumlarla sıx əməkdaşlığının göstəricisidir. Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin iki həftə əvvəlki ölkəmizə işgüzar səfəri də yüksək dəyərləndirilməlidir. Dövlət başçımız müsahibəsində də bu səfərə münasibət bildirdi. Dedi ki, bu, Avropa İttifaqı – Azərbaycan siyasi əlaqələrinin inkişafına xidmət göstərən bir səfər idi. Ölkə başçısı özünün də Avropa İttifaqına çoxsaylı səfərlərini xatırlatdı. Son illər dünyada baş verən hadisələr də təsdiqləyir ki, ölkəmizlə əməkdaşlıq üçün çox gözəl zəmin yaradılıb. İllər keçdikcə, əməkdaşlığın həcmi də, əhatə olunan sahələr də artır.
Bir faktı da diqqətə çatdırmağı zəruri hesab edirəm. Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin Bakıda olarkən bir dəfə də olsun “Dağlıq Qarabağ” və “status” sözlərini işlətməməsi artıq əsl reallıqların beynəlxalq aləmdə etiraf olunmasından xəbər verir. Dövlət başçımız da dedi ki, Azərbaycan ərazisində Dağlıq Qarabağ adlı inzibati ərazi yoxdur və Şarl Mişelin bu sözləri işlətməməsi, təbii ki, bizim mövqeyimizə göstərdiyi hörmətin əlaməti kimi qəbul edilməlidir. Status məsələsi də, həmçinin. Artıq bu məsələ də keçmişdə qaldı.
Günel Əliyeva, Göytəpə şəhər sakini

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir