Cəmiyyət

Gözəllik salonları və bərbərxanalar işləməyəcək

Sərtləşdirilmiş xüsusi karantin rejimi dövründə gözəllik salonları və bərbərxanaların fəaliyyətinə icazə verilmir.

XəbərAl.az xəbər verir ki, bu xidmətlər Nazirlər Kabineti yanında operativ qərargahın qərarında  xüsusi karantin rejimi dövründə fəaliyyətinə icazə verilən sahələr siyahısında yer almayıb.

Qeyd edək ki, bu gün verilən qərara əsasən, ölkə üzrə xüsusi karantin rejiminin müddəti 2021-ci il 31 yanvar 06:00-dək uzadılıb.

14 dekabr saat 00:00-dan 2021-ci il 18 yanvar saat 00:00-dək bütün ölkə üzrə sərtləşdirilmiş xüsusi karantin rejimi tətbiq edilir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir