Ermənilər növbəti dəfə Rusiyanın Gümrüdəki hərbi bazası önündə mitinq keçiriblər. Bu barədə Ermənistan mediası məlumat yayıb. Məlumata görə, 102 saylı hərbi bazanın qarşısına toplaşanlar Rusiyanı bölgədə baş verənlərlə bağlı fəaliyyətsizlikdə və səriştəsizlikdə günahlandırıblar. Qeyd edək ki, son zamanlar ermənilərin eyni məkanda oxşar tələblərlə keçirilən etiraz aksiyaları mütəmadi şəkil alıb. Xeberal.az
Sabiq mədəniyyət nazirinin müavini Rafiq Bayramov əfv edilib. Bununla bağlı bu gün Prezident İlham Əliyev Sərəncam imzalayıb. Bakı Ağır Cinayətlər Məhkəməsinin 2021-ci il 17 avqust tarixli hökmü ilə məhkum edilmiş sabiq nazir müavini əfv olunub. Xeberal.az
Kembric Universitetinin alimləri müəyyən ediblər ki, qanda dəmir çatışmazlığı və orqanizmin bu maddənin səviyyəsini tənzimləmək qabiliyyətinin pozulması uzun müddət davam edən COVID-19-un səbəbi ola bilər. Postkovid sindromu və ya uzunmüddətli COVID-19 koronavirus infeksiyasından sonra baş verən və 12 həftədən çox davam edən xoşagəlməz patoloji simptomlardır. Bunlara yorğunluq, apatiya, diqqəti cəmləyə bilməmək və beyin dumanı hissi […]