Cəmiyyət

Kamran Əliyev faciəvi yanğınlardan danışdı: “Biganə yanaşma çoxdur”

Sharing is caring!


Respublika Perinetal Mərkəzdə, Binəqədidəki mebel sexində digər yanğın hadisələri ilə bağlı təhlillər göstərir ki, burada səhlənkarlıq, vəzifə səhlənkarlığı, biganə yanaşma çoxdur”.

Oxu.Az xəbər verir ki, bu sözləri Baş prokuror Kamran Əliyev jurnalist Mir Şahin Ağayevə müsahibəsində deyib.

O, bu cür halların qarşısının alınması məqsədilə qabaqlayıcı tədbirlər görüldüyünü bildirib.

Qeyd edək ki, yanvarın 9-da Respublika Perinatal Mərkəzində altı körpənin ölümü ilə nəticələnən yanğınla bağlı üç vəzifəli şəxs cinayət məsuliyyətinə cəlb edilib. Baş Prokurorluğun yaydığı məlumatda bildirilib ki, Respublika Perinatal Mərkəzin rəhbəri Mehriban Abasquliyeva, Anesteziologiya, reanimasiya və intensiv terapiya şöbəsinin müdiri Hamlet Mustafayev və Dəstək xidmətləri şöbəsinin müdiri Elnur Əhmədli barəsində məhkəmə qərarıyla ev dustaqlığı və vəzifədən kənarlaşdırma növündə qətimkan tədbirləri seçilib. Onlar ehtiyatsızlıqdan və səhlənkarlıqdan yanğın təhlükəsizliyi qaydalarını pozmaqla iki və daha çox şəxsin ölümünə səbəb olmaqda ittiham olunurlar.

Yanvarın 15-də paytaxtın Binəqədi rayonunda 10 nəfərin ölümü, 23 nəfərin müxtəlif dərəcəli bədən xəsarətləri alması ilə nəticələnən partlayış ilə bağlı isə, iki nəfər həbs olunub. Bunlar “Bakı Ağac Emalı” ASC-yə sahiblik edən Tağı İbrahimov və ASC-ni faktiki olaraq idarə edən Toğrul Rzayevdir.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir