Cəmiyyət

Qəbirlər palçıq içindədir, baxan yoxdur: Masazır qəbiristanlığında bərbad vəziyyət – VİDEO

Sharing is caring!


Abşeron rayonu, Masazır qəsəbəsi ərazisində “Masazır qəbiristanlığı” adı ilə bilinən qəbiristanlıq baxımsız vəziyyətdədir.

Sakinlər bildiriblər ki, qəbir daşlarının üzərini kol-kos basıb, bəzi qəbirlər isə su ilə dolub.

“Camaat öz ölüsünü ziyarət etməyə gəlir. Görürlər ki, qəbiristanlıq üfunət qoxuyur, palçığın əlindən girmək olmur”, – deyə sakin bildirib.

Bələdiyyə sədri Rövşən Nəbiyevin sözlərinə görə, qəbirlərə dolan su “Qır gölü” adlanan ərazidən axıb gəlir.

“Son zamanlar bəzi sakinlər öz vəfat etmiş yaxınlarını qəbirlərdən çıxarıb başqa yerə aparırlar”, – deyə R.Nəbiyev əlavə edib.

Ətraflı Baku TV-nin videosunu təqdim edirik:

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir