Cəmiyyət

Mərakeşli jurnalistlər Qarabağ və Şərqi Zəngəzura səfər edəcəklər – FOTO

Sharing is caring!


Mərakeşli media nümayəndələri növbəti günlərdə Ağdama, Şuşaya və işğaldan azad edilmiş digər ərazilərə səfər edəcəklər.

Bu barədə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi məlumat yayıb.

Bildirilib ki, komitə sədri Rövşən Rzayev bir qrup mərakeşli media təmsilçisi ilə görüşüb.

Görüşdə Dövlət Komitəsinin və Azərbaycanın Mərakeşdəki səfirliyinin nümayəndələri, həmçinin “Məqrib Ərəb Press” qəzetinin redaktoru Mohammed Asvab, “L’Opinion” jurnalının redaktoru Anass Maçlux, “Le Matin” mətbu nəşrinin redaksiya rəhbəri Suheyl Naili, “Al Bayane” qəzetinin rəhbəri, nəşrlər üzrə direktoru Mahtat Rakas, “La Vie Eco” nəşrinin direktoru Fahd İraqi, “Le Desk” mətbu nəşrinin həmtəsisçisi, jurnalist Fatimə Əlqadiri, “TelQuel” mətbu nəşrinin əməkdaşı Yassin Məcidi, “L’economiste” qəzetinin əməkdaşı Saad Alami Yunis, BBMTV telekanalının kameramanı Buçayib Radda və Bahu Əlhəsən iştirak ediblər.

R.Rzayev ölkədə qaçqınlar və məcburi köçkünlərlə iş sahəsində aparılan dövlət siyasəti, bu kateqoriyadan olan insanların sosial-məişət, yaşayış və məşğulluq problemlərinin həlli istiqamətində görülən işlər, ərazilərimizin erməni işğalından azad edilməsindən sonra yaranan vəziyyət, “Böyük Qayıdış” proqramının icrası barədə məlumat verib.

Prezident İlham Əliyevin qaçqınlar və məcburi köçkünlərə daim qayğı göstərdiyi, Birinci vitse-prezident Mehriban Əliyevanın onlarla bağlı məsələlərə xüsusi diqqət göstərdiyi vurğulanıb. Qeyd olunub ki, dövlət rəhbərləri işğaldan azad edilmiş ərazilərdə bərpa-quruculuq işlərinin gedişini, məcburi köçkünlərin təhlükəsiz, könüllü və ləyaqətlə əvvəlki yaşayış yerlərinə qaylıdışının təmin edilməsini şəxsən nəzarətdə saxlayırlar.

Bildirilib ki, “Qayıdışa Dair I Dövlət Proqramı”nın icrası çərçivəsində Qarabağ və Şərqi Zəngəzur torpaqlarında işlər sürətlə davam etdirilir və həmin torpaqların sakinləri mərhələli surətdə öz doğma yurdlarına köçürülürlər. İndiyədək dörd mindən çox məcburi köçkünün işğaldan azad edilmiş ərazilərdə yeni salınan və bərpa olunan yaşayış məntəqələrinə qayıdışı təmin edilib. Eyni zamanda, diqqətə çatdırılıb ki, işğal dövründə və sonradan Ermənistanın Azərbaycan ərazilərində həyata keçirdiyi mina terrorunun nəticələrinin aradan qaldırılması zərurəti qayıdış prosesini ləngidir.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir