Cəmiyyət

Dövlətimiz Litva ilə münasibətlərdə strateji tərəfdaşlığa əsaslanır

Sharing is caring!

         Azərbaycan Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva Litvada səfərdə oldular. Səfər çərçivəsində Azərbaycan və Litva liderləri arasında görüşlər keçirildi. Eyni zamanda, Azərbaycan Prezidenti Litvanın Baş Naziri İnqrida Şimonite ilə də görüşdü. Cənab İlham Əliyevin  Litvaya səfəri iki ölkə arasında dostluq və tərəfdaşlıq münasibətlərinin daha da güclənməsinə yeni stimul verdi. Litvanın dövlət başçısı ilə mətbuata birgə bəyanatında dövlətimizin başçısı Litvanın Azərbaycan ilə uzun illər ərzində strateji tərəfdaş olduğunu, uğurlu əməkdaşlıq həyata keçirdiyini, iki ölkə arasında imzala­nan Strateji Tərəfdaşlıq üzrə Bəyannamənin səmərəli əlaqələrin mahiyyətini əks etdirdiyini, indiki səfərdən sonra isə münasibətlərin yeni səviyyəyə yüksələcəyini bildirib.

Cənab İlham Əliyevin sözlərinə görə, Litva Prezidenti ilə həm ikitərəfli, həm də geniş tərkibdə görüşlər zamanı çox mühüm məsələlər – iqtisadi, ticarət, nəqliyyat, kənd təsərrüfatı, təhsil, enerji, idman və başqa sahələrdə əməkdaşlığın müxtəlif aspektləri geniş müzakirə edilib. Eyni zamanda, Cənubi Qafqazda münaqişədən sonrakı vəziyyət ətrafında da fikir mübadiləsi aparılıb. Qeyd edilib ki, Avropa İttifaqının 9 üzvü ilə Azərbaycan artıq strateji tərəfdaşlıq haqqında bəyanatlar imzalayıb. Bu, üzv dövlətlərin üçdə biridir. Bu, onu göstərir ki, Avropa İttifaqı da bizim kimi əməkdaşlıqda maraqlıdır.

      Əsas məsələlərdən biri bu olub ki, Azərbaycanda biznes mühiti investorlar üçün əlverişlidir. Ölkəmizə on milyardlarla birbaşa xarici investisiyalar qoyulur. Xarici şirkətlərin sərmayə portfelinin şaxələndirilməsi çox vacibdir. İnvestisiya proqramlarıilk dövrdə əsasən neft-qaz sektoruna aid idi, hal-hazırda isə investisiya bərpaolunan enerji sahəsinidə əhatə edir. Azərbaycan öz enerji təhlükəsizliyini 100 faiz təmin edir. Eyni zamanda ölkəmiz Avropa İttifaqının üzvlərinin də enerji təhlükəsizliyini təmin edir. Azərbaycan neft, qaz, elektrik enerjisi, neft-kimya məhsulları ixrac edir. Azərbaycanın enerji resurslarına ehtiyac heç vaxt olmadığı qədər böyükdür.

Preziden İlham Əliyev biznes-forumda qeyd edib ki, ölkələrimiz arasında əməkdaşlıq üçün dayanıqlı nəqliyyat yollarının olması çox önəmlidir. Azərbaycanda nəqliyyat şəbəkəsinin şaxələndirilmiş zənciriyaradılıb. Coğrafi yerləşmənin üstünlüklərindən faydalanaraq biz müasir infrastruktur – dəniz limanı, dəmir yolu bağlantıları, bir neçə beynəlxalq hava limanları, avtomobil yolları yaratdıq. Azərbaycan Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin üzərində yerləşir. Açıq dənizə çıxışı olmayan ölkə olmasına baxmayaraq, Azərbaycan önəmli nəqliyyat mərkəzinə çevrilib. Bütün bunlar Litva respublikası ilə münasibətlərin yeni mərhələyə yüksəldiyini sübut edir. Bu da xalqlarımızın mənafeyinə tamamilə uyğundur.

   Günay İbadova,

Cəlilabad Rayon İcra Hakimiyyətinin əməkdaşı

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir