Cəmiyyət

Bakının simasına yaraşıq verən daş mozaikalı binalar – FOTOREPORTAJ

Sharing is caring!


Biz hər gün eyni binaların yanından ötüb keçsək də, onların fərqinə varmırıq. Amma bir anlıq səyahət etdiyimiz ölkələrdə maraqlı binaları görəndə heyranlıqla baxırıq. Bu heyranlığa səbəb olan nüanslardan biri də üzəri mozaika ilə işlənən binalardır. 

Amma təəssüf ki, bu gün bu cür binaların əksəriyyəti qorunub-saxlanılmayıb. Səbəb isə bu memarlıq nümunələrinin bərpası ilə bağlı məlumatlı şəxslərin az olmasıdır.

Bakı memarlığının unikallığı qədimliklə müasirliyin birləşməsindədir. Mozaikaların əhatəsində Bakı çox rəngarəng görünür.

Paytaxtımız binaların üzərindəki daş oymalar, heykəllər, şəbəkə şüşələrlə yanaşı, əl əməyi, göz nuru tələb edən müxtəlif ölçülü mozaikalarla da turistlərin marağına səbəb olur.

Qədimlərdə imperatorların saraylarının içini bəzəyən mozaika Bakının müxtəlif ünvanlarında yerləşən binaların fasadlarına, parkların divarlarına yaraşıq verir.

PhotoStock.az-ın paytaxtdakı mozaika ilə işlənmiş binalardan hazırladığı reportajı təqdim edirik:

Daha çox foto burada: PhotoStock.az

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir