Vətən müharibəsində şəhid olan Rusif Kazımovun övladı dünyaya gəlib. Körpə bu gün rayonun ictimaiyyəti nümayəndələrinin iştirakı ilə xəstəxanadan evə aparılıb. Cəlilabad Rayon Diaqnostika Mərkəzində dünyaya göz açan şəhid övladına NURAN adı verilib. Ana və uşaq özlərini yaxşı hiss edirlər. Cəlilabad Rayon İcra Hakimiyyətinin nümayəndələri Şəhidimizin övladının dünyaya göz açması münasibətilə ailə üzvlərinə göz aydınlığı verərək Rusif Kazımovun vətənin müdafiəsində göstərdiyi rəşadətdən qürur duyduqlarını, Allahdan bütün şəhidlərimizə rəhmət dilədiklərini bildiriblər. Qeyd edilib ki, ölkəmizdə şəhid ailələrinin və qazilərin qayğıları dövlət başçısı cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın daim diqqət mərkəzindədir. Ölkəmizin ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə qəhrəmanlıq göstərmiş şəhidlərin xatirəsi daim yaddaşlarda qalacaq. Şəhidin ailə üzvləri onlara göstərilən qayğıya görə razılıqlarını ifadə ediblər.Qeyd edək ki, Azərbaycan Ordusunun zəfər yürüşündə iştirak edərək 44 gündə tarix yazan və şəhidlik məqamına yüksələn qəhrəmanlarımızdan biri də Rusif Kazımovdur. 1997-ci il martın 29-da Cəlilabadın Uzuntəpə kəndində dünyaya göz açan Rusif hərb sənətini öyrənməyi hələ uşaqlıqdan qarşısına məqsəd qoymuşdu. O, 2012-2015-ci illərdə Cəmşid Naxçıvanski adına hərbi liseyin, 2015-2019-cu illərdə isə Heydər Əliyev adına Ali Hərbi Məktəbin məzunu olub. Təhsil aldığı illərdə xüsusi təyinatlı texnikaları və sistemləri mükəmməl öyrənən Rusif həm də, qoşun kəşfiyyatı, bölmə və hissələrin tətbiqi üzrə peşəkar hərbçi kimi yetişib. Vətən müharibəsi başlayanda leytenant Kazımov da başçılıq etdiyi bölüklə Murovdağ istiqamətində düşmənlə döyüşə atıldı.Rusif Vətənin azadlığı uğrunda son anadək düşmən üzərinə yeridi, qisasını aldı. Kiçik kəşfiyyat dəstəsi ilə Kəlbəcərdə, Suqovuşanda vuruşdu, daha sonra Şuşayadək şərəfli döyüş yolu keçdi. İştirakçısı olduğu hücum əməliyyatlarında onlarla strateji yüksəkliyin azad olunmasında, darmadağın edilməsində əsl şücaət göstərdi və noyabrın 4-də Şuşa uğrundasavaşda şəhadətə qovuşdu. Onun nəşi doğulduğu Cəlilabad rayonunun Uzuntəpə kəndində torpağa tapşırılıb.24 yaşlı kəşfiyyatçı Rusif Kazımov şəhadətindən sonra “Vətən uğrunda”, “Kəlbəcərin azad olunmasına görə” və “Şuşanın azad olunmasına görə” medalları ilə təltif edilib.QƏBRİ NURLA DOLSUN! Şəhidlərimizin xatirəsi qəlblərimizdə əbədi yaşayacaq!NURLA BÖYÜ, ƏZİZ NURAN! HƏYATDA ATANIN ADINA LAYİQ ADDIMLAR AT!
Oxşar Xəbərlər
Respublikaçı senator: “Ukraynaya yardımı kreditlə verməliyik”
“ABŞ Kiyevə pulsuz deyil, kreditlə yardım etməlidir”. Bu açıqlama ilə ABŞ-nin respublikaçı senatoru Lindsey Qraham çıxış edib. Senator vurğulayıb ki, Ukraynanın çoxlu mineral ehtiyatı, ABŞ-nin isə 34 trilyon dollar dövlət borcu var. Siyasətçi, həmçinin qeyd edib ki, ABŞ İsrail və Tayvana da oxşar şərtlərlə yardım etməlidir. Mənbə: CBS Xeberal.az
“O insanın başını divara vurmaq lazımdır” – Vaqif Nağıyev xəyanətdən DANIŞDI
Lent.az müğənni Vaqif Nağıyevlə müsahibəni təqdim edir. – Özünüzü necə tanıdardınız? – Vaqif Nağıyev – prezident təqaüdçüsü, beynəlxalq musiqi festivallarının laureatı, “Qolos Ukraіni” yarışmasının finalçısı, Ukraynada Azərbaycan Gənclərinin Təşkilatının ilk və artıq keçmiş sədri, hazırda isə 28 yaşında iki uşaq atasıyam. – Vaqif bəy, özünüzü uğurlu gənc hesab edirsinizmi? – Özümü gənc hesab etmirəm. – […]
Azərbaycan Prezidenti İlham Əliyevin Macarıstana rəsmi səfəri başa çatıb
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Macarıstana rəsmi səfəri yanvarın 30-da başa çatıb. AZƏRTAC xəbər verir ki, Budapeştin Ferents List adına Beynəlxalq Hava Limanında dövlətimizin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü. Prezident İlham Əliyevi və Birinci vitse-prezident Mehriban Əliyevanı Macarıstanın iqtisadi inkişaf naziri Marton Nagy, Macarıstan Prezidenti Ofisinin rəhbəri Gergely Ekler və digər rəsmi şəxslər yola saldılar. Xeberal.az