Bölgə

Ağcabədidə müalicə aldıqları ünvanı tərk edən ümumilikdə 11 COVID-19 xəstəsi müəyyən edildi

Sharing is caring!

Ağcabədi Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən koronavirus pandemiyasının yayılmasının qarşısının alınması məqsədi ilə genişmiqyaslı tədbirlər davam etdirilir.

Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Bərdə regional qrupundan məlumat verilib.

Bildirilib ki, polis əməkdaşları tərəfindən həyata keçirilmiş tədbirlər nəticəsində koronavirus pandemiyasına yoluxmuş və karantin qaydalarına zidd davranaraq müalicə aldıqları ünvanı tərk etmiş ümumilikdə 11 COVID-19 xəstəsi müəyyən edilib. Həmin şəxslər rayonun müxtəlif yerlərində aşkar olunaraq müalicə aldıqları ünvanlara geri qaytarılıblar.

Ağcabədi RPŞ-nin İstintaq Bölməsində araşdırma aparılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir