Bölgə

Məhsul yığımından əldə olunan gəlir şəhid ailəsinə və Vətən müharibəsi qazisinə ianə edilmişdir

Sharing is caring!

Bu gün rayonumuzun bir qrup ictimai fəalı sahibkar Xanlar Mirzəyevin kartof sahəsində məhsul yığımı prosesinə dəstək olmuş, əkin sahəsindən çıxarılmış kartofun yığılmasında yaxından iştirak etmişlər.
İctimai fəallara kömək etmək məqsədilə Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Cəlilov, Cəlilabad şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəsi Ramil Əmənov, Cəlilabad Rayon Gənclər və İdman İdarəsinin rəisi Elçin Hüseynov, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin Lənkəran Regional Koordinatoru Aqil Qurbanov və digər şəxslərdə məhsul yığımında iştirak etmişlər.
Qeyd edək ki, məhsul yığımından əldə olunan gəlir şəhid ailəsinə və Vətən müharibəsi qazisinə ianə edilmişdir.
Göstərdikləri diqqətə görə şəhid ailəsi və qazimiz ictimai fəallara təşəkkürlərini bildirib, şəhid ailələrinə və Vətən uğrunda sağlamlığını itirmiş şəxslərə göstərilən qayğıya görə ölkə rəhbərliyinə minnətdarlıq ifadə olunub.

Xəbəral.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.