Bölgə

Rafiq Cəlilov Cəlilabad şəhər 8 saylı körpələr evi-uşaq bağçasında olub-Fotolar

Sharing is caring!

Dövlətimizin həyata keçirdiyi sosial-iqtisadi siyasətdə uşaqların təlim-tərbiyəsinin təşkili, onların sağlamlığının qorunması diqqət mərkəzində saxlanılır. Bu sahədə həyata keçirilən layihələrə Heydər Əliyev Fondu mühüm töhfələr verir. Fondun ölkəmizdəki məktəbəqədər tərbiyə müəssisələrinin yenidən qurulması, yeni, müasir uşaq müəssisələrinin inşası sahəsindəki fəaliyyəti müstəsna əhəmiyyətə malikdir. Uşaqların təlim-tərbiyəsinin Heydər Əliyev Fondunun fəaliyyətinin əsas istiqamətlərindən birini təşkil etdiyini “Məktəbəqədər təhsil müəssisələrinin inkişafı” proqramı bir daha təsdiqləyir. Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın rəhbərlik etdiyi Fondun təhsillə bağlı fəaliyyət dairəsində məktəbəqədər təhsil müəssisələrinin yenidən qurulmasına, bu sahədə ciddi keyfiyyət dəyişikliyinə nail olunmasına geniş yer ayrılıb və bu sahədə çox mühüm nəticələr əldə edilib.


Xəbəral.az xəbər verir ki, 17 dekabr 2021-ci il tarixdə Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Cəlilov Cəlilabad şəhərində fəaliyyət göstərən 8 saylı körpələr evi-uşaq bağçasında olub. Bağçada körpələr üçün yaradılan şəraitlə, uşaqların davamiyyəti, tibbi müayinə olunmaları, ərzaq təminatının mövcud vəziyyəti və keyfiyyəti ilə yaxından tanış olan icra başçısı körpələrin hər cür qayğıya, dəstəyə layiq olduğunu qeyd edib. Pandemiya ilə əlaqədar xüsusi karantin rejiminin tələblərinə, bağçalarda təmizlik və dezinfeksiya işlərinin aparılmasının, tibbi maskadan istifadəyə, hər gün işçi heyətin və uşaqların temperaturunun ölçülməsinə, sanitar-gigiyena qaydalarına ciddi şəkildə əməl edilməsinin, ərzaqların keyfiyyətinə diqqətin artırılmasının vacibliyini qeyd edən icra başçısı bununla bağlı aidiyyatı üzrə tapşırıqlarını verib.

Xəbəral.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir