Bölgə

Ağstafada yük maşını ilə minik avtomobili toqquşub, ölən və yaralananlar var

Sharing is caring!

Ağstafa rayonunda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

XəbərAl.az xəbər verir ki, qəza Bakı-Qazax magistral yolunun rayonun Qırılı kəndindən keçən hissəsində qeydə alınıb.

Hərəkətdə olan “Ford” markalı yük maşını ilə “Mercedes” markalı minik avtomobili toqquşub.

Qəza zamanı bir nəfər hadisə yerində ölüb, iki nəfər isə xəsarət alıb. Yaralılar xəstəxanaya yerləşdiriliblər.

Hadisə yerinə DYP və FHN-in əməkdaşları cəlb olunublar.

Faktla bağlı araşdırma aparılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir