Lənkəranda “Range Rover” markalı avtomobil yanıb. Oxu.Az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb. Belə ki, “Range Rover” markalı minik avtomobilinin mühərrik hissəsi qismən yanıb. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb. Xeberal.az
Spiker Sahibə Qafarovanın başçılığı ilə Milli Məclisin nümayəndə heyəti Türkiyənin Ankara şəhərində rəsmi səfərdədir. Səfər çərçivəsində Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvləri Türkiyə Böyük Millət Məclisinin Azərbaycanla dostluq qrupunun üzvləri ilə görüşüblər. Milli Məclisdən bildirilib ki, Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Şamil Ayrım Azərbaycan nümayəndə heyətini salamlayaraq, dost və qardaş ölkələrimiz arasında münasibətlərin bütün […]
“Kanals.az” internet portalının təsisçisi və rəhbəri işləmiş Ələkbərov Sənan Məmməd oğlu altı il müddətinə azadlıqdan məhrum edilib. “Report” xəbər verir ki, bu barədə hökm Şəki Ağır Cinayətlər Məhkəməsində elan olunub. Belə ki, S.Ələkbərovun qabaqcadan bir qrup şəxslə əlbir olaraq zərərçəkmiş şəxslərin barəsində rüsvayedici məlumatlar yaymaq hədəsi ilə təkrarən hədə-qorxu gəlib xeyli miqdarda pullarını hədə-qorxu ilə tələb […]