Dünya

Gərginliyə səbəb olan qərar: Moldovada separatizm alovlandırılır – “Kaspi”nin TƏHLİLİ + FOTO

Kişineunun qərbpərəst mövqeyi, NATO-ya və Avropa İttifaqına (Aİ) inteqrasiya istiqamətində atdığı addımların intensivləşməsi Rusiyanı hərəkətə keçirib. İndi də “qaqauz kartı” işə salınır. Ekspertlər vəziyyətin təhlükəli həddə doğru inkişaf etdiyi qənaətindədir.   Postsovet məkanının ən narahat ölkələri sırasında olan Moldovada vəziyyət gərginləşə bilər. Səbəb yenə separatizmdir. Dnestryanı bölgənin ardınca, Qaqauzda da mərkəzdənqaçma meyilləri güclənib. Kişineunun qərbpərəst mövqeyi, […]

Dünya

Kanada Navalnıya görə Rusiyaya sanksiya tətbiq edəcək

“Kanada Aleksey Navalnının ölümünə görə Rusiyaya qarşı sanksiyalar tətbiq etmək niyyətindədir”. Bunu ölkənin xarici işlər naziri Melani Coli deyib. Qeyd olunur ki, altı Rusiya rəsmisinə qarşı sanksiyalar tətbiq olunacaq. Bunlara “yüksək vəzifəli məmurlar və Rusiya prokurorluğunun, məhkəmə orqanlarının və islah müəssisələrinin əməkdaşları” daxildir. Navalnının ölümü ilə əlaqədar artıq ABŞ, Böyük Britaniya və Avstraliya Rusiya Federasiyasına […]

Araşdırma

“Sahra Baku” restoranında nöqsanlar aşkarlandı, sahibkar cəzalandırıldı

Mediada yayılmış məlumatın yerində araşdırılması məqsədilə Bakı şəhəri, Nərimanov rayonu, Ə.Rəcəbli küçəsi, ev 3, mənzil 15 ünvanında fəaliyyət göstərən “Sahra Baku” restoranında Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları tərəfindən yoxlama keçirilib. AQTA-dan verilən xəbərə görə, baxış zamanı ictimai iaşə müəssisəsində normativ hüquqi aktların, sanitariya norma və qaydalarının bir sıra tələblərinin pozulduğu müəyyən olunub. Belə ki, […]

Dünya

Azərbaycanın həndbol millisi Litvaya uduzub

Azərbaycanın qadınlardan ibarət həndbol millisi 2024-cü ildə təşkil olunacaq Avropa çempionatının seçmə mərhələsində növbəti matçına çıxıb. Oxu.Az-ın məlumatına görə, yığma Litvanın qonağı olub. Qarşılaşma meydan sahiblərinin qələbəsi ilə bitib – 41:26. Millimiz fevralın 28-də rəqibini məğlub edib – 35:33. 5-ci qrupda yer alan komandamız daha əvvəl Şimali Makedoniya (17:40) və İspaniyaya (18:38) uduzub. Xeberal.az

Siyasət

Ombudsman: “Mina xəritələrinin Bakıya verilməsi üçün beynəlxalq ictimaiyyət İrəvana təzyiq göstərməlidir”

Ermənistanın otuz ilə yaxın işğal dövründə torpaqlarımızda basdırdığı minalar mülki şəxslərin və hərbi qulluqçuların həyat və sağlamlığına ciddi təhlükə yaratmaqda davam edir. Bunu Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Ağdamın Əhmədağalı kəndində baş vermiş mina partlayışına münasibət bildirərkən söyləyib. “Növbəti mina qurbanı təsərrüfatla məşğul olan mülki şəxs olub. Belə ki, 2024-cü il 3 mart tarixində […]

Dünya

Avstriyanın keçmiş XİN rəhbəri Rusiyaya köçməsinin səbəbini açıqlayıb – VİDEO

Avstriyanın keçmiş xarici işlər naziri Karin Knaysl Rusiyaya köçüb. Keçmiş nazir bu barədə Rusiyada baş tutan Ümumdünya Gənclər Festivalında bildirib. O, Rusiyaya azad ölkə hesab etdiyi üçün köçdüyünü qeyd edib və ölkənin şərqində ev tikmək arzusundan danışıb. “Mən Rusiyaya köçdüm, çünki bura həqiqətən azad bir ölkədir”, – Knaysl qeyd edib. Qeyd edək ki, Ümumdünya Gənclər […]

Dünya

Donbası müdafiə edən azərbaycanlılar Baku TV-yə danışdılar – VİDEO

Ukraynanın Donetsk vilayətində cəbhənin müxtəlif nöqtələrində ağır döyüşlər gedir. Bu barədə Baku TV-nin müxbiri Mübariz Aslanov sözügedən istiqamətdəki cəbhədən xəbər verir. Bildirilib ki, hazırda Ukrayna müharibəsinin həlledici və amansız döyüş bölgəsinə çevrilən Donbasda soydaşlarımızın da sayı az deyil. Uzun illərdir bu ölkənin sakinləri olan azərbaycanlılar müharibə başladıqdan sonra humanitar və ictimai sahədə olduğu kimi döyüş […]

Cəmiyyət

Salyanda 11-ci sinif şagirdi ana oldu

Salyan rayon Pambıqkənd tam orta məktəbində şagirdlər arasında erkən nikah halları qeydə alınıb.  Oxu.Az xəbər verir ki, bu barədə Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə “Facebook” hesabında paylaşım edib. O bildirib ki, məktəbin 11-ci sinif şagirdlərindən biri uşaq dünyaya gətirib.  Bundan başqa, məktəbin yuxarı siniflərində təhsil alan qızlar nişanlı olduqları üçün dərsə gəlməsələr də, jurnalda adları qeyd […]

Dünya

Fransa yenidən etirazlar burulğanında

“Hakimiyyət orqanları son həftələrdə sənayedə səslənən problemlərə tezliklə konkret həll yolları təqdim etməsələr, yeni magistral yolların bağlanması və fermerlər tərəfindən digər etirazların olması mümkündür”. Bu barədə Fransa Fermerlər İttifaqları Milli Federasiyasının (FNSEA) lideri Arnaud Russo yerli telekanala müsahibəsində bildirib. “Biz sadəcə gözləmək məcburiyyətində deyilik, aksiyalar mütləq yerlərdə iştirakçıların təşəbbüsü ilə həyata keçiriləcək. Yaxın 15 gün […]