Cəmiyyət

Şahbuz və Ordubadda yeni körpülər inşa edilir – FOTO

Şahbuz rayonunun Qızıl Qışlaq kəndində yeni körpünün inşasına başlanılıb. “Report” xəbər verir ki, müasir texnikalardan istifadə edilməklə inşa olunan körpünün uzunluğu 11 metr, eni isə 4 metr olacaq. Hündürlüyü 5 metr olacaq yeni körpü ilə avtomobillər rahat hərəkət edə biləcəklər. Hazırda körpüdə beton və qəlib işləri görülür. Yeni körpünün istifadəyə verilməsi ilə gediş-gəlişdə yaşanan çətinliyə […]

Siyasət

Prezident İlham Əliyev ABŞ Dövlət katibinin köməkçisinin müavinini qəbul edib – YENİLƏNİB

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 19-da ABŞ Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisinin müavini Erika Olsonu qəbul edib. AZƏRTAC xəbər verir ki, görüşdə Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşdırılması və sülh müqaviləsi üzrə danışıqlarla bağlı fikir mübadiləsi aparıldı. Dövlətimizin başçısı qeyd etdi ki, 44 günlük Vətən müharibəsinin başa çatmasından sonra Ermənistanla sülh müqaviləsinin imzalanması […]

Cəmiyyət

Dünyanın ən məşhur vunderkind neyrocərrahı: “Fəxr edirəm ki, bakılıyam” – FOTO

Konstantin Slavin tanınmış neyrocərrah, İllinoys Universitetinin (ABŞ) professoru və Dünya Stereotaktik və Funksional Neyrocərrahiyyə Cəmiyyətinin prezidentidir. Karyerası ərzində o, 10 mindən çox unikal əməliyyat keçirib, onun yanına dünyanın hər yerindən xəstələr yollanırlar. Eyni zamanda, mütəxəssis peşə yoluna başladığı yeri də unutmur. O, ilk tibb təhsilini Azərbaycan Dövlət Tibb İnstitutunda alıb. Konstantin Slavin Bakıda anadan olub […]

Siyasət

Rəsmi Bakı Ermənistan XİN-in Azərbaycan əleyhinə bəyanatına cavab verib

“Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 18 aprel 2023-cü il tarixində müsahibəsinə istinadən Ermənistan Xarici İşlər Nazirliyinin növbəti dəfə təhrif dolu bəyanatını qətiyyətlə rədd edirik”. Bu barədə Xarici İşlər Nazirliyinin (XİN) yaydığı məlumatda qeyd olunub. Bildirilib ki, 30 ilə yaxın işğal dövründə 9 şəhər və yüzlərlə kəndi talan edən, 1 milyona yaxın azərbaycanlıya qarşı etnik təmizləmə həyata […]

Siyasət

Deputatlarımızın Ukrayna səfəri çərçivəsində görüşləri başlayıb – FOTO

Milli Məclisdə Azərbaycan – Ukrayna parlamentlərarası əlaqələr üzrə işçi qrupunun başçısı Rüfət Quliyev, üzvləri Razi Nurullayev, Sabir Hacıyev, Kamran Bayramovdan ibarət nümayəndə heyəti Ukraynaya səfəri çərçivəsində görüşlərə başlayıb. Oxu.Az xəbər verir ki, ilk olaraq qonaq heyəti Ukrayna Verxovna Radası sədr müavini Oleksandr Kornienko qəbul edib. Görüşün gündəmində Ukraynanın bərpası, Beynəlxalq Krım Platformu parlament sammitinin fəaliyyəti, […]

Dünya

Ərdoğan: “Sabah Qara dəniz qazını yandıracağıq”

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Dənizlidə 29 Oktyabr Bulvarında keçirilən mitinqdə iştirak edib. İctimaiyyətə müraciət edən dövlət başçısı müxalifəti tənqid edib və vətəndaşlara şad xəbər verib. “21 il ərzində biz ancaq iş görmüş və xalqa xidmət siyasəti aparmışıq. Bununla da ölkəmizin çoxəsrlik çatışmazlıqlarını aradan qaldırmışıq. Son 20 ildə Dənizliyə 70 milyard sərmayə qoymuşuq. Bəs onlar […]

Cəmiyyət

Şəmkir sakini keçmiş arvadını bıçaqladı

Şəmkirdə bıçaqlanma hadisəsi baş verib. DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis kapitanı Eşqin Qasımovun Oxu.Az-a verdiyi məlumata görə, Şəmkir Rayon Polis Şöbəsinə rayon sakini 1996-cı il təvəllüdlü Günay Musayevanın bədəninin müxtəlif bıçaq xəsarətləri ilə Gəncə şəhərində yerləşən xəstəxanalardan birinə yerləşdirilməsi ilə bağlı məlumat daxil olub. Dərhal polis əməkdaşları hadisə yerinə gələrək müvafiq […]

Siyasət

Qərbi Azərbaycan xronikası: 20 ölkədə soyqırımı törədən Fransanın Ermənistan bənzərliyi – VİDEO

Qədim Oğuz yurdu olan indiki Ermənistan ərazisində yaşayan azərbaycanlıların tikdiyi evlər viran, tanrının bəxş etdiyi o gözəl təbiət isə tənha qalıb. Buna səbəb məhz erməni işğalçılığı, talançılığı, vandallığıdır. Təəssüf ki, müasir dünyada bu xüsusiyyətləri yaşadan tayfalar, “millətlər” var. Acgözlüyü, ayrı-seçkiliyi, saxtakarlığı, qondarmaçılığı və digər çirkin əməlləri ilə fərqlənən hay tayfasının bəşəriyyətə verdiyi “töhfə” ancaq nifaq, […]

Siyasət

Nurit Qringer: “Azərbaycan çox haqsızlıqlar yaşayıb”

“Azərbaycan çox haqsızlıqlar yaşayıb və bunu düzəltmək lazımdır”. Bu barədə “Report”a Amerika-Azərbaycan Mədəniyyət Fondunun rəhbəri Nurit Qringer bildirib. “Mən Azərbaycanın 30 il ərzində yaşadığı ədalətsizliyi düzəltməyə çalışmaq niyyətindəyəm. Bərpa və tərəqqi görmək istəyirəm”, – o deyib və əlavə edib ki, Azərbaycanın ərazi bütövlüyünü qorumaq üçün çox güclü siyasi xətti var. “Ümid edirəm ki, bu, davam […]

Cəmiyyət

Bərdədə iki avtomobil toqquşdu: Ölən və yaralananlar var – FOTO

Bərdədə ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib. “Report”un xəbərinə görə, hadisə rayonun Saatlı kəndində qeydə alınıb. Qəza zamanı Saatlı kəndi istiqamətində hərəkət edən VAZ-21099 markalı avtomobillə əks istiqamətdə hərəkət edən VAZ-21011 markalı avtomobil toqquşub. Şahidlərin bildirdiyinə görə, qəza zamanı VAZ-21099 markalı avtomobilin sürücüsü aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib. Hər iki avtomobildə olan sərnişinlər ağır bədən xəsarətləri […]