Dünya

BMT rəhbərindən Ramazan çağırışı

BMT-nin baş katibi Antonio Quterreş müqəddəs Ramazan ayı ərzində Qəzza zolağı və Sudanda atəşkəsin olması üçün çağırış edib. “Mən Sudan və digər yerlərdə atəşi dayandıraraq və humanitar yardımın lazımi sürətlə, lazımi həcmdə çatdırılmasına bütün maneələri aradan qaldıraraq, Ramazanın ruhuna hörmət etməyə çağırıram”, – deyə o qeyd edib. Bundan əlavə, dünya təşkilatının rəhbəri Qəzzadakı bütün girovların azad […]

İqtisadiyyat

Azərbaycan-Qazaxıstan münasibətlərində yeni mərhələ – Xəbərlərin 20:00 buraxılışı

Baku TV-nin canlı yayımında xəbər vaxtıdır. Azərbaycan-Qazaxıstan münasibətlərində yeni mərhələ. Kasım-Jomart Tokayev ölkəmizdə dövlət səfərindədir. Tovuz istiqamətində kəşfiyyat uçuşları edən Ermənistan kvadrokopteri zərərsizləşdirildi. Müdafiə Nazirliyi növbəti erməni təxribatı ilə bağlı məlumat yaydı. Baku TV Araik Arutyunyanın Şuşadakı villasında. Ekskluziv görüntülər. İnternet üçün hasara çıxan kənd sakinlərinin problemi nə vaxt həll olacaq? Bakıda filmləri xatırladan hadisə. […]

Siyasət

Ermənistan qeyri-müəyyənliyini davam etdirərsə… Qərbi Azərbaycan elan oluna bilər – TƏHLİL

Vaxtı ilə Azərbaycan ərazilərində separatçılığı öz fəaliyyətlərinin qayəsinə çevirənlər bu dəfə Ermənistanda baş qaldırmağa çalışırlar. Separatçıların Ermənistanda hazırkı fəaliyyətinin və Qərb təmsilçiləri ilə görüşlərə can atmasının geosiyasi nisbətdə dəyişiklik yaratmaq ehtimalı yoxdur. Amma separatçıların dayanmaması onların yenidən təşkilatlanmaq və bölücü mübarizə aparmaq üçün baza təsis etmək cəhdlərinin aynasıdır. Azərbaycan hansı üsul və vasitələrlə olursa-olsun separatizm […]

Siyasət

Kasım-Jomart Tokayev: “Qazaxıstan xalqı Azərbaycanın tarixi qələbəsi ilə bağlı böyük sevinc hissi keçirib”

“Azərbaycan sizin rəhbərliyinizlə böyük tarixi qələbə əldə edib. Bu, dövlət suverenliyinin bərpa olunmasıdır. Qazaxıstan xalqı bununla bağlı böyük sevinc hissi keçirib”. AZƏRTAC xəbər verir ki, bu sözləri Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev martın 11-də Azərbaycan Prezidenti İlham Əliyevlə mətbuata bəyanatında söyləyib. COP29-un Azərbaycanda keçirilməsinin ölkəmizin sosial-iqtisadi inkişaf sahəsində, həmçinin beynəlxalq arenada nailiyyətlərinin qəbul edilməsi amili olduğunu vurğulayan […]

Siyasət

Rusiya XİN: “Qərb Ermənistanı Rusiyaya qarşı alətə çevirmək istəyir”

“Qərb Ermənistanı Rusiyaya qarşı alətə çevirmək istəyir”. Bu barədə Rusiya Xarici İşlər Nazirliyindən bildirilib. Qeyd olunub ki, Böyük Britaniya müdafiə nazirinin müavini Ceyms Hippinin sözləri bunu təsdiq edir: “Londonun postsovet məkanında, o cümlədən Cənubi Qafqazda atdığı bütün addımların anti-Rusiya mahiyyətini gizlətməkdən əl çəkməsi bizi artıq təəccübləndirmir. Lakin Hippinin etirafı Qərbin Ermənistanı Moskvaya qarşı yönəlmiş xəttin […]

Siyasət

Prezident qazaxıstanlı həmkarını Azərbaycan ilə Ermənistan arasında danışıqlar prosesi barədə məlumatlandırıb

“Ərazi bütövlüyünü və suverenliyini bərpa etməkdə Azərbaycana göstərdiyi daimi dəstəyə görə Qazaxıstana minnətdarıq”. AZƏRTAC xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev martın 11-də Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevlə mətbuata bəyanatında bildirib. Bu gün Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşdırılması məsələsinin də ətraflı müzakirə olunduğunu vurğulayanda dövlətimizin başçısı qeyd edib: “Mən həmkarıma danışıqlar prosesinin hazırkı mərhələsi, […]

Siyasət

Azərbaycan Prezidenti: “TransXəzər nəqliyyat dəhlizi bu gün öz potensialını tam şəkildə açır”

“Biz də (Azərbaycan və Qazaxıstan – red.) qonşularıq. Bizi təkcə Xəzər dənizi ayırır”. AZƏRTAC xəbər verir ki, bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev martın 11-də Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevlə mətbuata bəyanatında söyləyib. Dövlətimizin başçısı deyib ki, bu gün o da (Xəzər dənizi – red.) əngəl deyil, əksinə, Xəzər təkcə ölkələrimiz arasında yox, həm də bir çox […]

Siyasət

Prezident: “Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzi Qazaxıstanın Azərbaycana qardaş köməyidir”

Azərbaycan Prezidenti İlham Əliyev martın 11-də Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevlə mətbuata bəyanatında işğaldan azad olunmuş Füzuli şəhərində Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzinin inşasına dair təşəbbüsünə görə həmkarına bir daha təşəkkürünü bildirib. AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı bunu Qazaxıstanın Azərbaycana qardaş köməyi adlandırıb. Deyib ki, bu, Qazaxıstanın Azərbaycana hədiyyəsidir və azad edilmiş ərazilərin bərpasına dəstəyidir. Xeberal.az

Cəmiyyət

“Azəriqaz”ın yeni rəhbəri məşhur şəxsin oğlu imiş – FOTO

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinin baş direktoru Ruslan Əliyev vəzifəsindən azad edilib. Onun vəzifələrinin icrası İstehsalat Birliyinin baş direktorunun müavini Azər Məmmədova həvalə edib. Modern.az xəbər verir ki, 2023-cü ilin mart ayından “Azəriqaz”ın direktor müavini postuna gətirilən Azər Məmmədov Qarakənd səmasında vurulan vertolyotda şəhid olmuş dövlət xadimi Vəli Məmmədovun oğludur. Qeyd edək ki, mərhum Vəli Məmmədov […]