Siyasət

Okampo Azərbaycana qarşı: Göyə sovrulan pullar – VİDEO

Beynəlxalq Cinayət Məhkəməsinin (BCM) keçmiş prokuroru, dünya erməni birliyinin imkanlarını uğurla mənimsəyən Luis Moreno Okampo növbəti dəfə azərbaycanofob təxribat təşkil etmək üçün öz xidmətlərini təklif edib. Bu barədə “Caliber”in “YouTube” kanalında dərc olunan yeni süjetdə bildirilir. “Bildiyiniz kimi, Azərbaycan Prezidenti İlham Əliyev aprelin 25-26-da Almaniyada işgüzar səfərdə olub. Aprelin 26-da Almaniya kansleri Olaf Şolts Azərbaycan […]

Dünya

Qazaxıstan istismardan çıxarılan qırıcıları Ukraynaya ötürüb?

Qazaxıstanda istismardan çıxarılan hərbi təyyarələrin Ukrayna Silahlı Qüvvələrinə təhvil verilməsi ilə bağlı məlumat reallığa uyğun deyil. Bunu “Kazspecexport” dövlət müəssisəsinin mətbuat xidməti bəyan edib. Məlumata görə, təyyarələrin çıxarılacağı hərracda yalnız Qazaxıstan şirkətləri iştirak edə biləcək. Xarici şirkətlərə hərraclarda iştirak icazəsi verilməyib. Bildirilib ki, avadanlığın təkrar emalı prosesi tam olaraq onun əvvəlki sahibləri tərəfindən idarə olunacaq. Bütün […]

Dünya

Gənc seçicilər Baydendən üz döndərə bilərlər

ABŞ Prezidenti Co Baydenin Çinin “TikTok” tətbiqini qadağan edən qanun layihəsi onun seçki kampaniyasına mənfi təsir göstərəcək. Jurnalistlər “TikTok” qadağası səbəbindən Bayden üçün seçki fəlakətini proqnozlaşdırıblar. Onların fikrincə, qərar gənc seçiciləri keçmiş dövlət başçısı Donald Trampın tərəfinə çəkəcək. Media nümayəndələri əvvəllər Baydeni dəstəkləyən nüfuzlu tiktokerlərlə danışıb və əmin olublar ki, tətbiqin qadağan edilməsindən sonra onlar […]

İdman

“Sumqayıt” – “Qarabağ” oyununa satılan biletlərin sayı açıqlandı

Azərbaycan Premyer Liqasının XXXII turunda bu gün keçiriləcək “Sumqayıt” – “Qarabağ” matçına indiyədək 6000-ə yaxın bilet satılıb. Bu barədə “Report”a “gənclik şəhəri” təmsilçisinin mətbuat xidmətinin rəhbəri Zaur Xudiyev məlumat verib. Onun sözlərinə görə, qalan biletlər 2 manatlıq sektorlara aiddir: “Saat 12:00-dan sonra kassa açılacaq və qarşılaşmanın start fitinədək fəaliyyətdə olacaq. Düşünürəm ki, bu müddətdə də bütün […]

Dünya

İraqın məşhur tiktokeri güllələndi

İraqlı “TikTok” ulduzu Om Fahad Bağdaddakı evinin qarşısında güllələnib. Bu barədə İraq dövlət təhlükəsizlik xidmətlərinin nümayəndələri bildiriblər. İraq musiqisi sədaları altında rəqs edərkən populyar videolar çəkən sosial media fenomeni avtomobilində naməlum şəxs tərəfindən öldürülüb. Hadisə onun yaşadığı yerin yaxınlığında baş verib. Təhlükəsizlik rəsmisi bildirib ki, hücum edən şəxs özünü kuryer xidməti işçisi kimi göstərib. Qətldən […]

Dünya

Ermənistan XİN: “Türkiyə ilə sərhəd məntəqəsi istismara hazırdır”

Ermənistan tezliklə Türkiyəyə iki ölkə arasındakı sərhəddə yerləşən Ani körpüsünün bərpası məsələsində öz yanaşmalarını çatdıracaq. Bu barədə ölkənin Xarici İşlər Nazirliyi məlumat verib. “Türkiyə Ani körpüsünün bərpasına dair protokolu Ermənistana təhvil verib. Hazırda sənəd üzərində iş yekunlaşmaq üzrədir və yaxın vaxtlarda Türkiyə tərəfinə təhvil veriləcək”, – XİN-dən bildirilib. Qeyd olunub ki, Marqara-Əlican keçid məntəqəsinə gəlincə, […]

Cəmiyyət

Asan yolla pul qazanmaq istəyi başlarına bəla oldu: Oğurlanan malların satış anının anbaan görüntüləri – VİDEO

Ağdaşda internet xətlərini oğurlayan Qədirov və Cumayev saxlanılıblar. Araşdırmalarla onların oğurladığı naqilləri əlvan metal qabulu məntəqələrinə satdıqları və əldə etdikləri pulu öz aralarında böldükləri məlum olub. Daha ətraflı İctimai TV-nin süjetində: Xeberal.az

Cəmiyyət

Yetkinlik yaşına çatmayanlara siqaret satan üç mağaza sahibi cərimələndi

Cəlilabadda yetkinlik yaşına çatmayanlara tütün məmulatlarının satıldığı üç mağaza aşkarlanıb. Bu barədə Oxu.Az-a Daxili İşlər Nazirliyindən məlumat verilib. Həmin obyektlərin sahibləri barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilib. Bildirilib ki, bu istiqamətdə tədbirlər davam etdirilir. Xeberal.az

İqtisadiyyat

Mikayıl Cabbarov “Saudi Aramco”nun prezidenti ilə görüşüb – FOTO

İqtisadiyyat naziri Mikayıl Cabbarov Səudiyyə Ərəbistanına səfəri çərçivəsində krallığın “Saudi Aramco” şirkətinin prezidenti və baş direktoru Amin Nasserlə görüşündə enerji sahəsində birgə fəaliyyət imkanlarını nəzərdən keçirib. Bu barədə nazir “X” hesabında bildirib. “Səudiyyə Ərəbistanı Krallığına səfərimiz zamanı “Saudi Aramco” şirkətinin prezidenti və baş direktoru Amin H.Nasser ilə görüşdük. Ölkəmizdə xarici investorlar üçün yaradılan şəraitə, enerji sektorunda birgə […]