Dünya

ABŞ Qəzza məsələsi ilə bağlı İranla əlaqə saxlayıb

ABŞ Qəzza zolağında atəşkəsə nail olmaq istəyini bildirmək üçün İranla əlaqə saxlayıb. Bu barədə İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian bildirib. “Son üç gündə amerikalılar bizə atəşkəs əldə etmək istədikləri barədə mesaj göndərdilər”, – deyə məlumatda vurğulanıb. Yeri gəlmişkən onu da qeyd edək ki, “The New York Times” Vaşinqtondakı rəsmi mənbələrinə istinadən ABŞ Prezidenti […]

Siyasət

Milli Məclisin sədri Sahibə Qafarova Xorvatiya Respublikasının Baş naziri ilə görüşüb – FOTO

Noyabrın 6-da Milli Məclisin sədri Sahibə Qafarova ölkəmizdə səfərdə olan Xorvatiya Respublikasının Baş naziri Andrey Plenkoviçin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib. Görüşdə Milli Məclisin sədri, ölkələrimizi birləşdirən dostluq münasibətləri və qarşılıqlı faydalı əməkdaşlıqdan danışıb, son illər ərzində ikitərəfli münasibətlərin uğurla inkişaf etdiyini və strateji tərəfdaşlıq səviyyəsinə yüksəldiyini deyib, ikitərəfli münasibətlərin dərinləşməsində ali və yüksək […]

Siyasət

Ceyhun Bayramov Buxarestdə Heydər Əliyevin abidəsini ziyarət edib – FOTO

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Buxarestdə Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edib. Bu barədə nazir öz “X” hesabında paylaşım edib. Məlumata görə, XİN başçısı müdrik siyasəti ilə Azərbaycan-Rumıniya münasibətlərinin strateji tərəfdaşlıq səviyyəsinə qalxmasına səbəb olan Ulu Öndərin əziz xatirəsini ehtiramla yad edərək abidəsi qarşısına əklil qoyub. I had an honor to visit the […]

Kriminal

Tanınmış modelyerin atasının qətli ilə bağlı keçirilən məhkəmədə ittiham aktı elan edilib

Bakı Ağır Cinayətlər Məhkəməsində tanınmış modelyer Elnarə Bəkirovanın atasının qətlində təqsirləndirilən Mustafa Zeynalov və Namiq Əliyevin cinayət işi üzrə məhkəmə prosesinin ilk baxış iclası keçirilib. “Report” xəbər verir ki, hakim Mahirə Kərimovanın sədrliyi ilə keçirilən prosesdə prokuror Fuad Musayev ittiham aktını elan edib. İttihama görə, bu il aprelin 6-da Bakının Sabunçu rayonu, Nardaran qəsəbəsi, Ləhic bağları […]

Siyasət

Qərbi Azərbaycan Xronikası: “Ermənilər Ələyəz sakinlərini diri-diri yandırıblar”

Bu gün Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində növbəti veriliş efirə gedib. Jurnalist Rufik İsmayılovun bu dəfə müsahibi Yeni Azərbaycan Partiyası (YAP) İdarə Heyətinin üzvü, Milli Məclisin Gənclər və idman komitəsinin sədr müavini Şahin İsmayılov olub. O, doğulub boya-başa çatdığı Dərələyəz mahalı, Keşişkənd rayonu, Ələyəz kəndinin tarixindən, təbiətindən, maddi-mədəni abidələrindən, kənd sakinlərinin həyat tərzindən geniş söhbət […]

İdman

Çövkən üzrə dünya çempionatı: Azərbaycan millisi Qazaxıstanı məğlub edib

Azərbaycan Respublikası Atçılıq Federasiyasının (ARAF) təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan çövkən üzrə dünya çempionatında II turun oyunları keçirilib. “Report”un məlumatına görə, Binə Atçılıq Mərkəzində təşkil olunan yarışın ikinci günündə 3 qarşılaşma baş tutub. İlk görüşdə Azərbaycan və Qazaxıstan yığmaları üz-üzə gəliblər. Matç millimizin 6:0 hesablı qələbəsi ilə başa çatıb. […]

İqtisadiyyat

Azərbaycan televiziyası və radiosu gününə həsr edilmiş tədbir keçirilib – FOTO

İqtisadiyyat Nazirliyində bir sıra televizya işçiləri və Nazirliyin nümayəndələrinin iştirakı ilə 6 noyabr – Azərbaycan Televiziyası və Radiosu Gününə həsr edilmiş tədbir keçirilib. Bu barədə Nazirlikdən məlumat verilib. Tədbirdə iqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev qeyd edib ki, müasir dövrdə Azərbaycanda sosial-iqtisadi inkişaf müxtəlif sahələrə, o cümlədən medianın inkişafına münbit zəmin yaradıb. Mediaya müxtəlif dövlət […]

İdman

Qazaxıstan klubu Azərbaycan millisinin qapıçısına təzminat ödəyəcək

Qazaxıstanın “Turan” klubu Azərbaycan millisinin qapıçısı Emil Balayevə təzminat ödəyəcək. Bu barədə “Report”a 29 yaşlı qolkiperin vəkili Elcan Həsənli məlumat verib. Onun sözlərinə görə, bu barədə FIFA-nın Mübahisələrin Həlli Palatası qərar qəbul edib. Elcan Həsənli 2022-ci ilin yayında müqavilənin ləğvindən sonra “Turan”ın Balayevə təzminat ödəməli olduğunu, lakin sonradan bundan imtina etdiyini söyləyib. O, məhz bu səbəbdən […]

Dünya

Blinkenin Fidanı qucaqlamaq cəhdi uğursuz oldu – VİDEO

ABŞ-nin dövlət katibi Antoni Blinken Ankarada həmkarı Hakan Fidan tərəfindən soyuq qarşılanıb. Belə ki, salamlaşma zamanı Blinken Fidanı qucaqlamağa çalışsa da, türkiyəli nazir bir addım geri atıb. Türkiyə Xarici İşlər Nazirliyi bazar ertəsi görüşün videosunu yayıb. Qeyd edək ki, Fidanla görüşdən əvvəl Blinkenin Ankara hava limanında qarşılanması zamanı da yüksək rütbəli yerli məmurların olmaması və […]