Dünya

Tənha qocalara pinqvin sürprizi: Britaniyadan maraqlı kadrlar – FOTO/VİDEO

Sosial şəbəkələrdə qocalar evini ziyarət edən pinqivinlər barədə maraqlı kadrlar paylaşılıb. Görüntülər Britaniyanın Uinçester şəhərindəndir. Videoda “Vidcet” və “Prinql” ləqəbli pinqvinlərin özlərini çox sərbəst hiss etdikləri, ahılların onları qucaqlamasını, sığallamasını rahat qarşıladıqları görünür. Yaşlılardan bəziləri isə sevimli heyvanlarla görüşdə riqqətə gəliblər və göz yaşlarını saxlaya bilməyiblər. Mənbə: Daily Mail Xeberal.az

Dünya

Myanma ordusunun 600-ə yaxın əsgəri Hindistana qaçıb

Üsyançılarla şiddətli toqquşmalardan sonra 600-ə yaxın Myanma ordusunun əsgəri Hindistan ərazisinə keçib. Məlumata görə, hərbçilərin Myanmanın qərbindəki Rakhayn əyalətində yerləşən düşərgəsi etnik silahlı qrup olan Arakan Rohinca Qurtuluş Ordusu tərəfindən zəbt edilib. Belə şəraitdə, hərbçilər Hindistanın Mizoram bölgəsinə sığınıblar. Mizoram hakimiyyəti mərkəzi hökumətə və daxili işlər naziri Amit Şaha müraciət edib. Bildirilib ki, Mizoram humanitar […]

Dünya

Fransada futbolçunu döyən və işğəncə verən polislərə şərti cəza kəsildi

Fransada 2017-ci ildə saxlanılma zamanı futbolçuya hücum edən üç polis məmuru şərti həbs cəzasına məhkum edilib. Bu hadisə ölkədə səs-küyə səbəb olub və polisin irqçiliyinə diqqət çəkib. Hökm elan edildikdən sonra Parisdə etiraz aksiyaları başlayıb. Teodor Luhaka 2017-ci ilin fevralında Parisətrafı qəsəbələrədnbirində dostları ilə söhbət edərkən polis şəxsiyyətini yoxlamaq üçün onu saxlayıb. Məlumat görə, polis […]

Dünya

Alimlər zəngin insanların ən çox doğulduğu ayların adlarını açıqlayıblar

Zəngin olmaq üçün bütün mövcud variantlardan yalnız ana kapital haqqında məlumatlısınızsa, onda dəyişiklik üçün başqa bir üsul da var. Bu barədə “Coupon Follow” maliyyə şirkətinin mütəxəssislərinin apardıqları araşdırmadan məlum olub. Ekspertlər düşünüblər ki, milyarder olmaq bu qədər çətindirsə, bəlkə dünyaya zəngin gəlmək daha asan olardı? Analitiklər “Forbes”un siyahısını götürərək planetin 500 milyarderinin bioqrafik məlumatlarını öyrəniblər. Məlum […]

MARAQLI

Hollivud ulduzu Alek Bolduin operatorun qətlində yenidən ittiham olundu

ABŞ-nin Nyu-Meksiko ştatında Məhkəmənin Böyük jürisi aktyor və prodüsser Alek Bolduinə qarşı ittihamları təsdiqləyib. Hollivud ulduzu 2021-ci ildə “Rust” (“Pas”) filminin çəkilişi zamanı operator Qalina Hatçinsin həlak olması ilə bağlı “ehtiyatsızlıqdan adam öldürmə” maddəsində təqsirləndirilir. Bildirilir ki, Bolduinin işi bu həftə yenidən ABŞ hüquq sistemində prokurorlar tərəfindən irəli sürülən ittihamları təsdiqləməkdə məsul olan Andlılar məhkəməsinin Böyük […]

MARAQLI

KXDR-də iki yeniyetmə “k-pop” dinlədikləri üçün 12 il katorqa cəzasına məhkum edildi – VİDEO

Şimali Koreyada 16 yaşlı iki gənc Cənubi Koreya filmlərinə baxdıqları və musiqilərini (“k-pop”)  dinlədiklərinə görə 12 il müddətinə katorqa cəzasına məhkum edilib. Bu barədə BBC “South and North Development” (SAND) tədqiqat institutunun təqdim etdiyi videoya istinadən yazır. Görüntülərdə açıq məhkəmə prosesi əks olunub. Kadrlarda boz paltolu iki yeniyetmənin əlləri qandallanır. Kadrların 2022-ci ilə aid ola biləcəyi düşünülür. Yeniyetmələr də […]

İdman

İtaliya A Seriyası: “Milan” geridönüş edərək “Udineze”dən qələbəni qopardı – VİDEO

İtaliya A Seriyasında 21-ci turun “Udineze” – “Milan” matçı dramatikliyilə yadda qalıb. 32-ci dəqiqədə Ruben Loftus-Çik qarşılaşmada hesabı açaraq “Milan”ı önə çıxarıb. Bundan dərhal sonra matçın baş hakimi Fabio Mareska oyunu dayandırıb və bir neçə dəqiqəlik fasilə yaranıb. Buna azarkeşlərin “Milan”ın qapıçısı Mayk Minyana qarşı irqçi şüarlar səsləndirməsi səbəb olub. 42-ci dəqiqədə Lazar Samardziç hesabı […]

İdman

PSJ dörd qolla Fransa Kubokunun 1/8 finalına yüksəldi – VİDEO

Fransa Kubokunun 1/16 final mərhələsində üçüncü divizionu təmsil edən “Orlean” PSJ ilə qarşılaşıb. İlk hissənin 16-cı dəqiqəsində Kilian Mbappe matçda hesabı açaraq PSJ-ni önə çıxarıb. 63-cü dəqiqədə Mbappe penaltini dəqiq yerinə yetirərək dubla imza atıb. 73-cü dəqiqədə Qonsalo Ramos hesabı daha da artırıb. 86-cı dəqiqədə Nikolas Sen-Ruf vurulan qollardan birinin əvəzini çıxıb. 88-ci dəqiqədə isə […]

İdman

“Milan”ın matçında insident: Oyun dayandırıldı – VİDEO

İtaliya A Seriyasının “Udineze” – “Milan” matçında xoşagəlməz hadisə yaşanıb. Oxu.az xəbər verir ki, görüşün 32-ci dəqiqəsində “rossonyerilərin” qapıçısı Mayk Menyana qarşı azarkeşlər tərəfindən irqçi şüarlar səsləndirilib. Fransız məsələ ilə bağlı baş hakimə şikayət edib. Görüş yarımçıq dayandırılıb və “Milan” heyəti soyunub-geyinmə otağına yollanıb. Bir müddət sonra oyun yenidən davam etdirilib.   Xeberal.az

İqtisadiyyat

Azərbaycana idxal edilən hibrid avtomobillərin sayı və dəyəri sürətlə artır – VİDEO

Ölkəyə gətirilən hibrid avtomobillərin ildən-ilə sayı və dəyəri sürətlə artır. Xezerxeber.az-ın məlumatına görə, ötən ilin yanvar-dekabr aylarında Azərbaycana 386 milyon 295 min dollar dəyərində 14 min 98 ədəd hibrid avtomobillər idxal olunub. 2022-ci ilin eyni dövrü ilə müqayisədə minik avtomobilləri dəyər ifadəsi ilə 230 milyon 907 min dollar və ya 2,5 dəfə artıb. Bir ədəd […]