Kriminal

Sumqayıtda yeddi yaşlı uşağı öldürməkdə təqsirləndirilən məşqçi yenidən hakim qarşısına çıxacaq – VİDEO

Sumqayıt şəhərində məşq zamanı yeddi yaşlı uşağı öldürməkdə təqsirləndirilən idmançı Mehman Xəlilovun barəsindəki hökmdən apellyasiya şikayəti verilib. Pravda.az-ın əldə etdiyi məlumata görə, şikayət Sumqayıt Apellyasiya Məhkəməsinin hakimi Məhəmmədəli Rzayevin sədrliyi ilə araşdırılacaq. Məhkəmənin növbəti iclası aprelin 25-nə təyin edilib. Xatırladaq ki, Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Mehman Xəlilov 19 il müddətinə azadlıqdan məhrum edilib. […]

İqtisadiyyat

Azərbaycanda bankların əmanət portfeli üç ayda 262 milyon manatdan çox artıb

2024-cü il aprel ayının 1-nə Azərbaycan bank sektorunun depozit portfeli 34,81 milyard manat təşkil edib. APA-nın hesablamalarına görə, bu 2024-cü ilin əvvəli ilə müqayisədə 0,8% və ya 262,1 milyon manat çoxdur. 2024-cü ilin əvvəlində bu rəqəm 34,55 milyard manat təşkil edib. Qeyd edək ki, bank sektorunun depozit portfelinin 66%-i ən böyük üç bankın payına (ABB, […]

İqtisadiyyat

KOBİA sərgilərdə məhsullarını tanıtmaq istəyən KOB-lara dəstək göstərəcək

Bu ilin mayın 15-17-də Bakı Ekspo Mərkəzində keçiriləcək 17-ci Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı (“Caspian Agro”) və 29-cu Azərbaycan Beynəlxalq Qida Sənayesi (“InterFood Azerbaijan”) sərgilərində KOB subyektlərinin məhsul və xidmətlərini tanıtmaq üçün xüsusi stend qurulacaq. Bu barədə Oxu.Az-a İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyindən (KOBİA) bildirilib. Bu, KOBİA tərəfindən təmin ediləcək dövlət dəstəyi […]

Kriminal

Ağdaşda internet xətlərinə qənim kəsilənlər tutuldular – FOTO

Ağdaş rayonu ərazisindən keçən internet xətlərinin oğurlanması barədə polisə məlumat daxil olub. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, rayon polis şöbəsinin əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən Kamal Qədirov və İmran Cumayev saxlanılıblar. Araşdırmalarla onların oğurladıqları naqilləri əlvan metal qəbulu məntəqələrinə satdıqları və əldə etdikləri pulu öz aralarında […]

Cəmiyyət

Azərbaycanda yeni doğulmuş uşaqların ölümünə görə həkimlərə cəza verildi

Ağdaş Rayon Məhkəməsində səhlənkarlıqda təqsirləndirilən Ziyafət Rüstəmova və Rahilə Xəlilovanın cinayət işi üzrə məhkəmə iclası başa çatıb. Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Cavid Sultanovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Məhkəmənin hökmü ilə Ziyafət Rüstəmova 1 il 6 ay müddətinə azadlıdan məhrumetmə cəzasına məhkum olunub. Onun barəsində Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilməklə təyin […]

Cəmiyyət

Bakıda nasaz avtomobil sıxlığa səbəb olub – FOTO

Bakıda nasaz avtomobil sıxlığa səbəb olub. Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən Oxu.Az-a verilən xəbərə görə, Nərimanov rayonu, Ziya Bünyadov prospekti, “Xutor” tunelində texniki nasaz avtomobilin yolda qalması səbəbindən Yasamal rayonu, Qələbə dairəsindən başlayaraq “Koroğlu” stansiyası istiqamətində sıxlıq yaranıb. DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin əməkdaşları tərəfindən yol polisi əməkdaşlarına məlumat verilib. Sıxlığın aradan qaldırılması üçün tədbirlər […]

Cəmiyyət

Aytən Səfərovanı əvəz edən jurnalist bəlli olub – FOTO

Tanınmış aparıcı Aytən Səfərovanı (Piriyeva) “Xəzər” TV-nin “Xəbər ertəsi” verilişində jurnalist Ruzana Kərimli əvəz edib. Pravda.az xəbər verir ki, R.Kərimli artıq bu gündən işinin icrasına başlayıb. Xatırladaq ki, aprelin 17-də Xətai rayonunun 8 Noyabr prospekti ilə Sadıqcan küçəsinin kəsişməsində İsmayıl Məmmədovun idarə etdiyi “Hyundai ix-35” markalı avtomobillə Aytən Səfərovanın idarə etdiyi avtomobil toqquşub. Nəticədə İsmayıl Məmmədovun […]

Dünya

ABŞ Çin sərhədlərinin yaxınlığında böyük hərbi təlimlərə başlayıb

ABŞ və Filippin Cənubi Çin Dənizində artan gərginlik fonunda “Balikatan 2024” hərbi təlimlərinə başlayıb. “Balikatan 2024”ün sözçüsü Maykl Lokiqo vurğulayıb ki, hərbi təlimlərin məqsədi həqiqətən müharibəyə hazırlaşmaqdır. “Burda gizlədilməli heç nə yoxdur. Ordunu hazırlamasaq, bu, ölkəyə xələl gətirəcək”, – deyə M.Lokiqo bildirib. Filippin tərəfi qeyd edib ki, təlim ilk dəfə Filippin ərazi sularından kənarda, sahil […]