Cəmiyyət

Fevral ayının hava proqnozu AÇIQLANDI

Fevral ayında havanın orta aylıq temperaturunun iqlim normasına yaxın, bəzi yerlərdə isə normadan bir qədər yüksək olacağı gözlənilir. Milli Hidrometeorologiya Xidmətindən verilən xəbərə görə, aylıq yağıntının miqdarının əsasən iqlim normasına yaxın olacağı ehtimal olunur. Birinci ongünlüyün birinci yarısında ölkə ərazisində hava şəraitinin nisbətən sabit, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub-qərb küləkləri üstünlük təşkil edəcək. Bakıda […]

Kriminal

Sabiq deputatın həbs müddəti uzadıldı

Hədə-qorxu ilə tələb etməkdə ittiham olunan sabiq deputat Nazim Bəydəmirlinin cinayət işi üzrə ibtidai istintaq davam edir. “Report”un məlumatına görə, bu gün Nərimanov Rayon Məhkəməsində seçilmiş qətimkan tədbiri müddətinin uzadılması ilə bağlı təqdimata baxılıb. Hakim Vüsal Qurbanov seçilmiş qətimkan tədbirinin ləğvi və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilmədiyini elan edərək təqdimatı təmin edib. Qərara əsasən, […]

Kriminal

Qızıl-zinət əşyalarını sanitar qovşaqda gizlədilərək ölkəyə keçirilmək istədilər – FOTO

Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları tərəfindən külli miqdarda qızıl-zinət əşyalarının gömrük sərhədindən qanunsuz yolla keçirilməsi cəhdinin qarşısı alınıb. Bu barədə Dövlət Gömrük Komitəsinin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən bildirilib. Belə ki, İstanbul-Bakı aviareysi ilə gələn iki Azərbaycan Respublikası vətəndaşı 31 ədəd bağlamada qızıl-zinət əşyalarını pasport yoxlanış keçid məntəqəsinin qarşısında olan sanitar qovşaqda təmizlik işlərini aparan […]

Siyasət

“Azərsığorta” ləğv edildi – FƏRMAN

Azərbaycan Respublikasının Dövlət Sığorta Kommersiya Şirkəti (“Azərsığorta”) ləğv edilib.  President.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev fərman imzalayıb.  Fərmana əsasən, Nazirlər Kabineti və Azərbaycan İnvestisiya Holdinqi bu Fərmandan irəli gələn məsələləri həll etməlidir. Xeberal.az

Siyasət

Azərbaycanın işğaldan azad edilmiş ərazilərində üç avtomobil yolunun yenidən qurulmasına başlanılacaq

2024-cü ildə Azərbaycanın işğaldan azad edilmiş ərazilərində Ağdam-Əsgəran-Xocalı-Xankəndi-Şuşa (34 km), Tərtər-Ağdərə (24,2 km) və Füzuli-Xocavənd-Ağdam (55,7 km) avtomobil yollarının yenidən qurulmasına start veriləcəyi planlaşdırılır. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi xəbər verir ki, bunu qurumun İdarə Heyətinin sədri Saleh Məmmədov bildirib. Müzəffər Ali Baş Komandan, prezident İlham Əliyevin rəhbərliyi ilə ərazi bütövlüyümüzün tam bərpa olunduğu 2023-cü […]

Dünya

Ermənistan inqilabi dəyişiklik yolunda: Nicat daxili böhrandan keçə bilər – ŞƏRH + FOTO

İkinci Qarabağ müharibəsinə qədər Ermənistanın Azərbaycan və Türkiyə ilə münasibətlərinin qurulmasına mane olan əsas amil Qarabağın işğalı faktı olub. Məhz Qarabağın işğal altında olması regionda sabitlik və sülh perspektivini sual altına salmaqla yanaşı, həm də İrəvan-Ankara arasında buzların əriməsinə əngəl yaradıb. Çünki Türkiyənin şərti aydın idi: işğal amili aradan qalxsın, Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanısın! […]

Siyasət

Əli Əsədov Türkiyənin milli təhsil naziri ilə əməkdaşlığın cari vəziyyətini müzakirə edib

Yanvarın 31-də Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov Türkiyə Respublikasının milli təhsil naziri Yusuf Tekinlə görüşüb. Nazirlər Kabinetindən bildirilib ki, görüşdə iki ölkə arasında strateji tərəfdaşlıq və müttəfiqlik münasibətlərinin bütün sahələrdə uğurlu inkişafından məmnunluq ifadə olunub. Təhsil sahəsi Azərbaycan-Türkiyə əlaqələrinin vacib istiqaməti kimi dəyərləndirilib, bu sahədə əməkdaşlığın cari vəziyyəti və inkişaf perspektivləri müzakirə olunub. Xeberal.az

Siyasət

20-dən çox ölkənin QHT-ləri Cənubi Qafqaz regionunda ekoloji ədalətlə bağlı bəyanat yayıb

Dünyanın 22 ölkəsindən 49 qeyri-hökumət təşkilatı (QHT) və ekofəal Ermənistanın dağ-mədən sənayesində beynəlxalq ekoloji norma və standartları pozaraq həyata keçirilən işlərin dünyanın ekosistemini pozmasına dair bəyanat yayıb. “Report” xəbər verir ki, onlar Cənubi Qafqaz regionu üçün ekoloji ədalət tələb edirlər. Bəyanatda deyilir ki, BMT təmiz, sağlam və davamlı ətraf mühiti əsas insan hüququ kimi tanıyır: […]

Cəmiyyət

Dövlət agentliyində yoxlamalar zamanı 44 hərbçi cəzalandırılıb

Strateji Obyektlərin Mühafizə Dövlət Agentliyində 2023-cü il ərzində aparılan xidməti yoxlamalar zamanı 44 hərbi qulluqçu cəzalandırılıb. Dövlət Agentliyindən verilən məlumata görə, bunu qurumun rəisi general-mayor İlqar Abbasov Strateji Obyektlərin Mühafizə Dövlət Agentliyinin ötən il ərzində görülmüş işlərə və qarşıda duran vəzifələrə dair müşavirə deyib.  O bildirib ki, cəzalandırılanlardan 2 gizir, 4 baş çavuş xidməti uyğunsuzluğa […]

Cəmiyyət

Naxçıvanda şagirdlər üçün imtahanlarla bağlı YENİLİK

Naxçıvanda ilk dəfə şagirdlər üçün monitorinq imtahanları mərkəzləşmiş qaydada keçiriləcək Bu barədə Naxçıvan Təhsil Nazirliyi məlumat yayıb. Qeyd olunub ki, bu məqsədlə müvafiq proqram təminatı və mexanizmin yaradılmasına başlanılıb. Hazırda monitorinq imtahanlarının təşkili üçün tender yolu ilə alınan avadanlıqların muxtar respublikaya gətirilməsinə başlanılıb. Bundan sonra IV-VIII siniflər üzrə ümumi, IX-XI siniflər üzrə isə buraxılış və […]