Cəmiyyət

Hikmət Hacıyev: “Bütün bunlar Ermənistanın mülki əhalini atəşə tutmasının işarəsidir” – FOTO

“Tərtərdə yaşayış binalarının üzərində və yerdə gördüyünüz izlər bilavasitə ermənilərin istifadəsi qadağan olunan kasetli bombalardan atəş açdığının sübutudur”. Bu sözləri Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev diplomatik korpusun nümayəndələri ilə Tərtərə səfəri zamanı yerli və xarici mediaya verdiyi açıqlamasında deyib. Daha sonra diplomatik korpusun nümayəndələrinin qəsəbədəki yaşayış binalarının […]

AKTUAL

DİN-dən Gəncə şəhər Baş Polis İdarəsinin rəisi ilə bağlı AÇIQLAMA

Sumqayıt şəhər polis idarəsinin rəisi vəzifəsindən azad edilməyib. Bu barədə  DİN-nin mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, polis polkovniki Nəriman İmanovun Sumqayıt şəhər Polis İdarəsinin rəisi vəzifəsindən azad olunaraq, Gəncə şəhər Baş Polis İdarəsinin rəisi vəzifəsinə təyin olunması ilə bağlı yayılan məlumat həqiqəti əks etdirmir.

Ölkə

Sabahın havası: Yağış, qar yağacaq

Sabaha gözlənilən hava şəraiti açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin verdiyi məlumata görə, noyabrın 29-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin buludlu olacağı, gecə və axşam bəzi yerlərdə yağış yağacağı gözlənilir. Mülayim cənub-şərq küləyi əsəcək. Havanın temperaturu Abşeron yarımadasında gecə 6-9, gündüz 10-13, Bakıda gecə 7-9, gündüz 11-13 dərəcə isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 773 […]

AKTUAL

Prezidentin köməkçisi xarici diplomatlarla Tərtərdədir – FOTO

Prezidentin köməkçisi Hikmət Hacıyev, diplomatik korpus nümayəndələri, beynəlxalq təşkilat rəhbərləri və “Qarabağ” futbol komandası Tərtər rayonundadır. Trend-in bölgə müxbirinin məlumatına görə, nümayəndələr Tərtərdə Ermənistanın ağır bombardımanının nəticələri ilə yerində tanış olurlar. Daha sonra nümayəndə heyəti Ağdama səfər edəcək. Prezident İlham Əliyevin tapşırığı ilə diplomatik korpusların nümayəndələrinin Tərtərə səfəri təşkil edilir. Bu barədə Prezidentin köməkçisi, Prezident Administrasiyasının […]

Siyasət

Hikmət Hacıyev: “Tonayan cinayət əməllərinə görə cavab verməlidir”

“Oktyabrın 3-ü və 4-də ATƏT xətti ilə Ermənistanın o zamankı Müdafiə naziri David Tonayana müraciət olundu ki, Tərtər şəhərinin bombalanmasını dayandırın, orada mülki insanlar yaşayır. Amma o, dayandırmadı. Əksinə, gün ərzində Tərtər şəhərinə 1 000 raket atılırdısa, gecə ilə raketlərin sayı 2 300-2 400-ə çatdırıldı”. Xəbəral.az xəbər verir ki, bunu bu gün diplomatik korpusun nümayəndələri, […]

Hadisə

Oğuzda qiymətli ağac növlərini kəsən dəstə ələ keçirilib – FOTO+VİDEO

Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən Oğuz meşələrində qiymətli ağac növlərini qanunsuz olaraq kəsən dəstə üzvlərinə qarşı xüsusi əməliyyat keçirilib. Əməliyyat Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mütəxəssisləri ilə birgə həyata keçirilib. Belə ki, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə Meşələrin İnkişafı Departamentinin əməkdaşlarından Oğuz rayonunun Filfilli, Xaçmaz və sair kəndlərinin […]

Sosial

Şəhid ailələri və müharibə əlillərinin məşğulluq imkanlarının artırılması üçün tədbirlər planı hazırlandı

Şəhid ailələri və müharibə əlillərinin məşğulluq imkanlarının artırılması üçün hazırlanan tədbirlər planı işğaldan azad edilmiş ərazilərin, döyüş zonasına yaxın olmuş bölgələrin sakinlərini, erməni terrorundan zərər çəkmiş şəxsləri də əhatə edir. Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yaydığı məlumatda qeyd olunub. Bildirilib ki, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin tapşırığına uyğun olaraq, Əmək […]

Cəmiyyət

Tanınmış təhsil eksperti vəfat edib

Azərbaycan Demokratiya və Rifah (ADR) Hərəkatı İdarə Heyətinin üzvü, ADR Hərəkatı sədrinin müavini Məlahət Mürşüdlü 72 yaşında vəfat edib. Xəbəral.az xəbər verir ki, bu barədə sosial şəbəkədə ADR-in idarə heyətinin üzvləri paylaşım ediblər. M.Mürşüdlü Azad Müəllimlər Birliyinin sədri, tanınmış təhsil eksperti, pedaqoji elmlər üzrə fəlsəfə doktoru idi.

Təhsil

İnklüziv təhsillə bağlı daha bir addım

2021–2022-ci illərdə uşaqların təhsilə çıxışında bərabərliyin təmin olunması məqsədilə inklüziv təhsilə dair mövcud normativ hüquqi bazanın təkmilləşdirilməsi ilə bağlı təkliflər hazırlanacaq. Xəbəral.az xəbər verir ki, bu, Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 27 noyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “Uşaqlara dair Strategiyanın həyata keçirilməsi üzrə 2020–2025-ci illər üçün Fəaliyyət Planı”nda əks olunub. Təkliflər Nazirlər Kabineti, Təhsil […]