Gündəm

YOLUMUZ UZUNDU, MÜQƏDDƏSDİ…

Dəyərli Ana Vətənçilər! Bu gün 30 yaşımız tamam olur. Azərbaycan xalqının milli azadlıq və ermeni separatizminə qarşı apardığı mübarizə fonunda siyasi meydana qədəm qoyan partiyamız vətənpərvər və azadlıq mücahidlərinin birgə iradəsinin iafadəsi kimi olduqca çətin, mürəkkəb və şərəfli bir yol keçmişdir. Azərbaycançılıq, dövlətçilik, vətənpərvərlik, demokratiya və Bütöv Azərbaycan amalına sadiq olan Ana Vətən Partiyası keçən […]

Müsahibə

Səfir Qaley Allahverdiyev: “Qarabağ münaqişəsində Malayziya Azərbaycanın tərəfində olub” – MÜSAHİBƏ

“Malayziya xalqı Azərbaycanın Vətən Müharibəsindəki qalibiyyətini ədalətin zəfəri kimi, özlərinin qələbəsi kimi qəbul edib. Döyüş əməliyyatlarının gedişatı burada yaxından izlənilirdi, indi isə azad edilmiş ərazilərin bərpasına kömək etmək istəyirlər”. Bu barədə Azərbaycan Respublikasının Malayziyada fövqəladə və səlahiyyətli səfiri Qaley Allahverdiyev Media.Az-a müsahibəsində bildirib. “Biz diplomatlar xalqımızın sevincini bölüşürük: Nəhayət, yenidən Qarabağa qayıtdıq. Ölkənin ərazi bütövlüyünü bərpa […]

Dünya

Dağıstan hökuməti istefaya getdi

Dağıstan rəhbəri vəzifəsini icra edən Sergey Melikov respublika hökumətini istefaya göndərib. “Vestnik Kavkaza”nın məlumatına görə, region rəhbəri müvafiq fərmanı bu gün imzalayıb. Yeni tərkib qurulana qədər regional kabinet üzvləri vəzifələrini “müvəqqəti” statusda yerinə yetirəcəklər. Hökumətin hazırkı tərkibi 2018-ci ildə Artyom Zdunovun sədrliyi ilə qurulub. Noyabrın 18-də Vladimir Putin Zdunovu Mordoviya Respublikasının müvəqqəti rəhbəri təyin edib. […]

AKTUAL

Prezidentdən bəzi dövlətlərin başçılarına mesaj – “Bizim işimizə burunlarını soxmasınlar”

“Biz UNESCO ilə çox sıx əməkdaşlıq edirik. Amma gəlib xristian məbədlərinə baş çəkmək istəsə, buraya gəlsin. Gəlsin və desin vəhşi erməni neyləyib burada”.   Xəbəral.az xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev işğaldan azad edilmiş Ağdam şəhərinə səfəri zamanı çıxışında deyib.   Dövlət başçısı bildirib ki, bir neçə il bundan əvvəl Minsk qrupunun həmsədr ölkələrinin […]

AKTUAL

Azıx mağarasına aid arxeoloji tapıntılar Bakıya gətirildi

AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun elmi işlər üzrə direktor müavini, tarix elmləri doktoru, professor Nəcəf Müseyibli Azıx mağarasına aid arxeoloji tapıntılar Bakıya gətirilməsi barədə açıqlama yayıb.   Xəbəral.az-a daxil olan məlumata görə, N. Müseyibli bildirir ki, Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında ordumuz tərəfindən torpaqlarımızla birlikdə qədim abidələrimiz də işğaldan azad olunub. […]

Müsahibə

Üç gün mühasirədə qalan yaralı komandir: “Şuşanı almaq, Qarabağın açarını almaq idi” – MÜSAHİBƏ

Özü yaralandığı an heç kimi düşünə bilmədiyini desə də, Vətən müharibəsinin iştirakçısı, “N” saylı hərbi hissənin Tabor komandiri, mayor rütbəli Mənsurun yaralandığı xəbərini alanda, mənim ilk ağlıma gələn üzünü doyunca görə bilmədiyi körpəsi Toğrul, saçını doyunca oxşamadığı xanımı Əsmər oldu, yaşlı ata-anasını isə heç demirəm… Çünki o an bəlkələr insanın beynində cavabsız suallar yaradan bir […]

Media

Şuşaya döyüşlə girən jurnalist kimdir…

Vətən Müharibəsi başlayanda xeyli jurnalist qələmi yerə qoyub əlinə silah alaraq, torpaqlarımızın azadlığı uğrunda savaşa qoşuldu. Onlardan biri də İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin əməkdaşı, uzun müddət “Azəriqaz” İstehsalat Birliyinin mətbuat katibi vəzifəsində işləmiş, “Kaspi” qəzetində redaktor vəzifəsində çalışmış Araz Ağayevdir. İş yoldaşları deyirlər ki, A.Ağayev döyüşlər başlamazdan əvvəl cərrahiyyə əməliyyat keçirməsinə baxmayaraq, bunu əlində […]

Media

“İnformasiya müharibəsində qələbə qazandıq” – İlham Əliyev

“Biz son 17 il ərzində münaqişənin həlli üçün hüquqi baza yaratdıq. Mən bütün beynəlxalq təmaslarımda Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Azərbaycanın mövqeyini, tarixi həqiqətləri və mövcud vəziyyəti bütün həmkarlarıma çatdırmışdım”.   Xəbəral.az xəbər verir ki, bunu noyabrın 23-də işğaldan azad edilmiş Ağdam şəhərində səfərdə olan Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı […]

Siyasət

“Hərb meydanından qalib çıxan, sabahın daha güclü Azərbaycanı üçün eyni duruşa yenə davam edəcəyik”

Bu gün, 24 noyabr ölkəmizin ictimai-siyasi həyatında önəmli bir yerə və sözə sahib Ana Vətən Partiyasının siyasətimizə doğulduğu təqvimdir. Bəli, məhz 24 noyabr 1990 – cı ildə gələcək müstəqil Azərbaycanın siyasi həyatının müxtəlif dönəmlərində öz sözünü deyəcək, sonrakı dönəmlərdə rəqib və ya tərəfdaş, müxtəlif siyasi düşüncələrə sahib aydınlar, siyasətçilər tərəfindən Ana Vətən Partiyası dövlət və […]

Sosial

Azərbaycanda yüksək vəzifəyə TƏYİNAT – FOTO

Salyan Rayon Mərkəzi Xəstəxanasında yeni təyinat olub. Bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə birliyinin (TƏBİB) idarə heyətinin sədri Ramin Bayramlı müvafiq əmr imzalayıb. Əmrə əsasən, Qasımov Ramin Əjdər oğlu Salyan Rayon Mərkəzi Xəstəxanasına baş həkim vəzifəsinə təyin edilib. Xatırladaq ki, R.Qasımov Azərbaycan Tibb Universitetində Ümumi cərrahiyyə üzrə internaturanı bitirdikdən sonra Akademik M.A.Topçubaşov adına Elmi Cərrahiyyə […]