İqtisadiyyat

SOCAR-ın vitse-prezidenti OGDC-nin Rəhbər Komitəsinin sədri seçilib – FOTO

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) vitse-prezidenti Əfqan İsayev “Neft və Qazın Dekarbonizasiyası Xartiyası”nın (OGDC) Rəhbər Komitəsinin sədri seçilib. Oxu.Az xəbər verir ki, bu barədə SOCAR-ın “X” sosial şəbəkəsindəki hesabında bildirilir. “Neft və Qazın Dekarbonizasiyası Xartiyası”nın (OGDC) iclasında #SOCAR|ın vitse-prezidenti Əfqan İsayev #OGDC|nin Rəhbər Komitəsinin sədri seçilib. pic.twitter.com/QoPIsQMQyp — SOCAR (@SOCARofficial) May 17, 2024   Xeberal.az

Dünya

“Yuventus” klubunun yeni baş məşqçisinin kim olacağı bilindi

İtaliyanın “Yuventus” klubu Tiaqu Motta ilə razılıq əldə edib. Məlumata görə, “qoca sinyora” təcrübəli çalışdırıcı ilə üçillik müqavilə imzalayıb. Hazırda “Bolonya” klubunu çalışdıran Tiaqu Motta yeni mövsümdən etibarən “Yuvnetus”u çalışdıracaq. Qeyd edək ki, Motta baş məşqçilik karyerasında PSJ-nin U19 komandasını, “Cenoa” və “Spezia Kalsio” klublarını çalışdırıb. Mənbə: Skysports.com Xeberal.az

Dünya

Slovakiyanın baş nazirini gülləyən şəxs sabah məhkəmə qarşısına çıxarılacaq

Slovakiyanın baş naziri Robert Fitsoya sui-qəsddə şübhəli bilinən şəxs mayın 18-də məhkəmə qarşısına çıxarılacaq. Bu barədə məhkəmənin mətbuat katibinə istinadən məlumat yayılıb. Onun sözlərinə görə, məhkəmə mayın 18-nə təyin edilib. Prokurorluq adam öldürməyə cəhddə təqsirləndirilən şübhəlinin həbs olunmasını istəyib. Bildirilir ki, şübhəlinin işinə ən səs-küylü işlərin təhvil verildiyi Pezinok şəhərinin (Qərbi Slovakiya) xüsusi cinayət məhkəməsi […]

Cəmiyyət

Moskvada azərbaycanlı oğul biznesmen atasını döyərək öldürdü, özünü binadan atdı

Moskvanın cənub-şərqindəki Bratislavskaya küçəsindəki mənzildə dəhşətli qətl hadisəsi baş verib. İlkin məlumata görə, 30 yaşlı Fərid Fəttahov tanınmış iş adamı olan atası, 69 yaşlı Əşrəf Fəttahovu məişət zorakılığı zəminində qətlə yetirib. Mərhum Moskva Dövlət Universitetinin fizika fakültəsinin məzunu, müxtəlif vaxtlarda “Egvekinot” dəniz limanının, “Spetsstroyexploitation” şirkətlərinin və Ural Geoloji Ekspedisiyasının direktorlar şurasının sədri olub. Fəttahov həm də […]

Cəmiyyət

Qaxda evdən Gürcüstan vətəndaşının meyiti tapıldı

Qaxda evdən kişi meyiti tapılıb. “Report”un məlumatına görə, hadisə Qax şəhəri ərazisində qeydə alınıb. Belə ki, Gürcüstan Respublikası vətəndaşı, 1952-ci il təvəllüdlü Zurab Celiqadzenin meyiti Qax şəhərində kirayə qaldığı evdə aşkarlanıb. Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları və Təcili Tibbi Yardım briqadası cəlb olunub. Müayinə zamanı Z.Celiqadzenin ürəktutmasından öldüyü məlum olub. Xeberal.az

Cəmiyyət

Sənədsiz evlərin sahiblərinə şad xəbər – Xəbərlərin 20:00 buraxılışı

Baku TV-nin canlı yayımında xəbər vaxtıdır. İrandakı diplomatik korpusumuzun fəaliyyəti bərpa olunur? Azərbaycan və Ermənistan parlamentlərinin sədrləri Cenevrədə görüşdülər. Sahibə Qafarova və Alen Simonyan hansı məsələdə razılığa gəldilər? Toyota Prado idarəetmədən çıxıb, uşaq bağçasının divarına çırpıldı, polis əməkdaşı dünyasını dəyişdi. Bakıda isə sürücü avtomobillə iaşə obyektinə girdi. Sabirabadda tibbi yardım yararsız “UAZ”da edilir? Sosial şəbəkələrdə […]

Siyasət

Belarus Prezidenti Aleksandr Lukaşenkonun Azərbaycana dövlət səfəri başa çatıb – FOTO

Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenkonun Azərbaycan Respublikasına dövlət səfəri mayın 17-də başa çatıb. AZƏRTAC xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı Füzuli Beynəlxalq Hava Limanında ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü. Prezident Aleksandr Lukaşenkonu Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov, Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov […]

Siyasət

Overçuk: “Rusiya Şimal-Cənub dəhlizinin yaradılmasında Azərbaycanla sıx əməkdaşlıq edir”

Rusiya daha yaxşı rəqabət şəraiti üçün böyük Avrasiyanın nəqliyyat və logistika əlaqəsini təmin etməyi hədəfləyir. Bunu Rusiya Federasiyası baş nazirinin müavini Aleksey Overçuk “Rusiya – İslam dünyası: KazanForum 2024” plenar sessiyasında deyib. Onun sözlərinə görə, bu, əmtəə istehsalçıları üçün daha yaxşı rəqabət şəraitini təmin edəcək: “Buradakı həmkarlar artıq həmin infrastruktur layihələrindən, Şimal-Cənub dəhlizinin yaradılması haqqında […]

Müharibə

Şərti düşmənin yerüstü hədəfləri aşkarlandı, məhv edildi – Təlimdən VİDEO

Türkiyə Respublikasının Konya şəhərində keçirilən “Anadolu Ankası – 2024” (“Anatolian Phoenix – 2024”) beynəlxalq axtarış-xilasetmə təlimi başa çatıb.  Oxu.Az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilib ki, bağlanış mərasimində çıxış edənlər beynəlxalq təlimdə icra olunan fəaliyyətlərin təhlili barədə danışıblar. Tədbirin sonunda iştirakçı heyətlər tərəfindən qarşılıqlı hədiyyələr təqdim edilib, xatirə fotoları çəkdirilib. Qeyd edək ki, […]