Mədəniyyət

Rasim Balayev: “Azərbaycan kinosunun vəziyyəti ürək açan deyil” – VİDEO

“Nəsimi”, “Babək” və “Dədə Qorqud” filmlərindəki rollarıyla hər kəsin sevgisini qazanan Xalq artisti, “İstiqlal” ordenli Rasim Balayev tamaşaçıları hər zaman düşündürməyi bacarıb. Xalq Artisti Dövlət Başçısı ilə görüşünü, “İstiqlal” ordeni ilə təltif edilməsi barədə təəssüratlarını “Xəzər Xəbər”lə bölüşüb. “Mən qəhrəman deyiləm, yalnız qəhrəmanları oynamışam”, – deyən 75 yaşlı xalq artistinin sözlərinə görə, İstiqlal ordeninin təqdim edilməsi üzərinə əlavə […]

Mədəniyyət

Nazir: “Rasim Balayev yaddaqalan obrazlarla tamaşaçıların dərin sevgisini qazanıb” – FOTO

“Rasim Balayev çoxsaylı filmlərdə canlandırdığı yaddaqalan obrazlarla tamaşaçıların dərin sevgisini qazanıb”. Oxu.Az xəbər verir ki, bu barədə mədəniyyət naziri Adil Kərimli Xalq artisti Rasim Balayevin anadan olmasının 75 illiyi münasibətlə Mədəniyyət Nazirliyində sənətkarla keçirilən görüşdə bildirib. Nazir Rasim Balayevi təbrik edib, möhkəm cansağlığı, yeni yaradıcılıq uğurları arzulayıb, sənətkara nazirliyin Fəxri diplomunu təqdim edib. Aktyorun Azərbaycan […]

Mədəniyyət

Müğənni Şineyd O’Konnor dəfn edildi – FOTO

İrlandiyanın Bri şəhərində məşhur irland müğənni, “Nothing Compares 2 U” hitinin ifaçısı Şineyd O’Konnorun dəfn mərasimi keçirilib. Səhər saatlarında şəhər sakinləri əfsanəvi müğənniylə vidalaşmaq üçün küçələrə toplaşıblar. Müğənninin tabutu olan kortej Ko-Viklou sahili boyunca keçib. Qeyd edək ki, Şineyd O’Konnor iyulun 26-da Londonun cənub-şərqindəki penthausunda ölü tapılıb. Müğənninin 56 yaşı var idi. Polis onun ölümünün […]

Mədəniyyət

Akif İslamzadə Azərbaycan estrada sənətinin inkişafına töhfələr verib – FOTO

Avqustun 8-də Mədəniyyət Nazirliyində Azərbaycan estrada sənətinin görkəmli nümayəndəsi, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü Akif İslamzadə ilə görüş keçirilib. Bu barədə Mədəniyyət Nazirliyi məlumat yayıb. Nazir Adil Kərimli bu günlərdə 75 yaşı tamam olan Akif İslamzadəni yubileyi münasibətilə təbrik edib, ona möhkəm cansağlığı və uzun ömür arzulayıb. Sonra sənətkara Mədəniyyət Nazirliyinin Fəxri diplomu təqdim olunub. […]

Mədəniyyət

Çingiz Aytmatovun abidəsini hazırlayacaq heykəltəraş məlum olub

Qırğızıstanın Xalq yazıçısı Çingiz Aytmatovun xatirəsinin əbədiləşdirilməsi məqsədilə Mədəniyyət Nazirliyi tərəfindən keçirilən heykəltəraşlıq müsabiqəsinin qalibləri müəyyənləşib. Bu barədə Mədəniyyət Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb. Qeyd edilib ki, müsabiqədə ölkəmizin heykəltəraşları tərəfindən 21 əsər təqdim olunub. Təsdiq olunmuş işlərin dəyərləndirilməsi və müsabiqənin yekun nəticələrinin müəyyən olunması məqsədilə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin nəzdində fəaliyyət göstərən Ekspert Komissiyası […]

Mədəniyyət

Bu gün Xalq rəssamı Toğrul Nərimanbəyovun anadan olmasının 93-cü ildönümü tamam olur – FOTO

Xalq rəssamı, dövlət mükafatları laureatı Toğrul Nərimanbəyov bənzərsiz yaradıcılığı ilə ən yüksək zirvələri fəth edərək mənsub olduğu xalqın ürəyində özünə əbədi heykəl ucaldıb. O, fitri istedadı və böyük zəhməti sayəsində Azərbaycan rəssamlıq məktəbində yeni yol açmaqla çoxlarının qibtə etdiyi səviyyəyə ucalıb, sənətsevərlərin rəğbətini, kiçikdən-böyüyədək müxtəlif zövqlü insanların məhəbbətini qazanıb, onlarda rəssamlığa sonsuz sevgi və maraq […]

Mədəniyyət

Türkiyədə Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin toplantısı keçiriləcək – FOTO

Türkiyədə Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin toplantısı keçiriləcək. Bu barədə Mərkəzdən məlumat verilib. Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin katibliyi Türkiyəyə səfəri çərçivəsində Mərkəzin üzvləri, Türkiyənin sabiq Baş naziri Binəli Yıldırımla və BMT Baş Assambleyasının 75-ci sessiyasının prezidenti cənab Volkan Bozkır, İslam Əməkdaşlıq Təşkilatının sabiq Baş katibi İkmələddin İhsanoğlu və Türkiyənin sabiq Xarici işlər naziri Hikmət Çətinlə görüşlər […]

Mədəniyyət

Salyanda orta əsrlərə aid məişət əşyaları aşkarlanıb – FOTO

Salyan rayonunda orta əsrlərə aid divar qalığı və məişət əşyaları tapılıb. “Report”un Aran bürosunun məlumatına görə, Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutu və Mədəniyyət Nazirliyinin əməkdaşları tərəfindən rayonda qeydə alınmış abidələrin monitorinqi aparılıb. Bu zaman qədim yaşayış məskəni olan Qırxçıraq kəndində divar qalığı aşkar edilib. İnstitutun “Arxeoloji abidələrin toplusu” şöbəsinin müdiri Mikayıl Mustafayevin sözlərinə görə, Qırxçıraq […]

Mədəniyyət

İnfarkt keçirən azərbaycanlı aktrisa: “Dərmanlarımı aptekdən nisyə alıram”

“Aylar əvvəl infarkt keçirdim. Buna görə isə ürəyimdən əməliyyat olunmalı idim. Amma biləndə ki, bu əməliyyat sinə hissədən yarılıb oradan olacaq, razılıq vermədim. Həkimlə qərara gəldim ki, müalicələrlə ürəyimi sağaldım. Müayinə zamanı isə ürəyimdən keçən iki damarın tutulduğunu və cəmi bir damarın işlədiyini bildim. Uzun zamandır ki, şəkər xəstəliyindən əziyyət çəkirəm. Bu xəstəlik isə ürəyimin […]

Mədəniyyət

Vaqif Mustafayev: “Yaxşı kino olmaması böyük faciələrə yol aça bilər” – FOTO

“Yaxşı kino olmaması böyük faciələrə yol aça bilər”. Oxu.Az xəbər verir ki, bu sözləri Azərbaycan kinosunun 125 illiyi və “Azərbaycanfilm” kinostudiyasının 100 illiyinə həsr olunan Klassik Azərbaycan filmlərinin retrospektiv baxışı tədbirində Avropa Kino Akademiyasının üzvü, Xalq artisti Vaqif Mustafayev jurnalistlərə açıqlamasında deyib. Onun sözlərinə görə, kino sənayesinin yaranmasına ehtiyac var: “Bu yaxınlarda məndən soruşdular ki, kino […]