Mədəniyyət

Bu gün Xan Şuşinskinin anadan olmasından 122 il ötür

Bu gün Azərbaycan muğam sənətinin “Xan”ı adlandırılan İsfəndiyar Aslan oğlu Cavanşirin anadan olmasından 122 il ötür. Xan Şuşinski 20 avqust 1901-ci ildə Şuşada anadan olub. Ailəsinin Qarabağ xanları nəsli ilə qohumluq əlaqəsi var. 16 yaşında olarkən ustadı İslam Abdullayevlə birgə iştirak etdiyi məclisdə təbrizli xanəndə Əbülhəsən xan İqbalın yolu ilə “Kürd-Şahnaz” muğamını heyrətamiz bir tərzdə […]

Mədəniyyət

Maestro Niyazinin doğum günüdür

Bu gün Mayestro Niyazinin anadan olmasından 111 il ötür. Oxu.Az xatırladır ki, Azərbaycanın Xalq artisti Niyazi Zülfüqar oğlu Tağızadə-Hacıbəyov 1912-ci il avqustun 20-də Tiflis şəhərində dövrünün tanınmış bəstəkarı Zülfüqar Hacıbəyovun ailəsində anadan olub. Çox kiçik yaşlarından ətrafında məşhur xanəndələr görən Niyazidə də musiqiyə böyük maraq oyanıb. O, ilk təhsilini Bakı Musiqi Texnikumunda alıb, lakin sonra təhsilini […]

Mədəniyyət

Britni Spirs Asqeri ilə evliliyini ağrı adlandırıb

Müğənni Britni Spirs Sem Asqeridən boşanmasına münasibət bildirib, evliliklərini ağrı adlandırıb. “Hər kəsin bildiyi kimi, Semlə artıq ayrılmışıq. Mən bir az şokdayam. Amma düzünü desəm, daha bu ağrıya dözə bilmirdim”, – deyə müğənni bildirib. Qeyd edək ki, hazırda müğənni ilə həyat yoldaşının boşanma prosesi gedir. Avqustun 18-də Sem Asqeri müğənninin xəyanətləri barədə məlumat aldığını deyib. […]

Mədəniyyət

Qəzaya düşən rusiyalı müğənni ağrıkəsicilərlə konsert verdi – VİDEO

Bir müddət əvvəl qəzaya düşən rusiyalı müğənni Lada Dens hadisədən sonra ilk dəfə səhnəyə çıxıb. Bu barədə ifaçının prodüseri Sergey Pudovkin məlumat verib. Bildirilir ki, o, Nijni Novqorodda (Rusiya) şəhər günü şərəfinə keçirilən konsertdə iştirak edib. “Bəli, bu tamaşaya nəzarət edən tibb işçiləri var idi. Müşayiət də (tibbi), ağrıkəsicilər də oldu”, – deyə Pudovkin əlavə […]

Mədəniyyət

Həyatı depressiya ilə keçən dünyanın ən gülməli insanı Cim Kerri – VİDEO

Baku TV-də yayımlanan “Retro Baku” verilişinin yeni buraxılışı efirə gedib. Budəfəki buraxılışda məşhur aktyor Cim Kerridən bəhs olunub. Bildirilir ki, C.Kerri 17 yanvar 1962-ci ildə Kanadanın Nyumarket şəhərində anadan olub. Ailə yaxşı yaşamırdı. C.Kerri ehtiyac içində yaşamağı uşaqlıqdan görüb. Onun altı nəfərdən ibarət ailəsi var idi. Ulduzun valideynləri musiqini sevirdilər. Anası evlənməmişdən əvvəl müğənnilik edirdi, […]

Mədəniyyət

“Natiq” Ritm Qrupu ilə gənclərin görüşü keçiriləcək

Avqustun 23-də YARAT Müasir İncəsənət Mərkəzində Azərbaycan Respublikasının xalq artisti Natiq Şirinov və onun rəhbərlik etdiyi “Natiq” Ritm Qrupu ilə gənclərin görüşü təşkil ediləcək. Oxu.Az xəbər verir ki, “İRƏLİ” İctimai Birliyinin təşkilatçılığı, Mədəniyyət Nazirliyinin dəstəyi ilə həyata keçirilən “MədəniyyətimİZ” layihəsi çərçivəsində baş tutacaq görüşdə xalq artisti Natiq Şirinov milli ritmlər mövzusunda çıxış edərək, “Natiq” Ritm […]

Mədəniyyət

Azərbaycan voleybol millisi Avropa çempionatına qələbə ilə başlayıb

Qadın voleybolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatına qələbə ilə başlayıb. Oxu.Az xəbər verir ki, C qrupunda yer alan yığma Almaniyanın Düsseldorf şəhərində reallaşan görüşdə Çexiyanı asanlıqla məğlubiyyətə uğradıb. Ataman Güneyligilin yetirmələri hər üç setdə rəqibini üstələyərək 3:0 (25:21, 25:10, 25:15) hesablı qələbə qazanıblar. Qrupun digər qarşılaşmasında Türkiyə komandası İsveçi eyni hesabla məğlub edib. Qeyd edək […]

Mədəniyyət

Balonlarla qızılları kimə qaldı, zəhərləndiyi sübuta yetirildimi? – İlhamənin MÜƏMMASI

Bu gün Azərbaycan incəsənətində özünə xas yeri olan Xalq artisti İlhamə Quliyevanın doğum günüdür. O yəqin ki, ən təzadlı xarakteri olan sənət adamlarındandır. Haqqında səslənən fikirlər birmənalı deyil. Hətta ölümündən sonra belə, İlhamə qalmaqallara səbəb ola, maraq oyandıra bilir. Lent.az bu gün Azərbaycan incəsənətində özü qarışıq demək olar ki, hamıya ad vermiş İlhamə barədə danışır. […]

Mədəniyyət

Svyatoslav Vakarçuk Bakıda məşhur mahnını Azərbaycan dilində oxudu – VİDEO

“Okean Elzi” qrupun yaradıcısı və solisti Svyatoslav Vakarçuk  bu axşam Bakıda konsert verib. Oxu.Az xəbər verir ki, müğənni konsertdə məşhur mahnılarından olan “Обійми” (Qucaqlamaq) mahnısını Azərbaycan dilində ifa edib. Qeyd edək ki, Svyatoslav Vakarçuk Ukrayna Respublikasının Əməkdar artistidir.   Xeberal.az

Mədəniyyət

Cəlilabadda orta əsrlərə aid qəbiristanlıq aşkarlanıb – FOTO

Cəlilabad rayonunun Hacıismayıllı kəndi ərazisində tarixi qəbiristanlıq aşkar olunub. Oxu.Az xəbər verir ki, Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin Salyan Regional İdarəsinin əməkdaşları orta əsrlər dövrünə aid qəbiristanlığı nəzarətə götürüb. Dövlət Xidmətindən bildirilib ki, ərazidə müxtəlif ölçülərdə və formada olan məzar daşlarının üzərində bir-birindən fərqli simvollar, işarələr mövcuddur: “Bəzi […]