Mədəniyyət

İranlı məşhur reperin edam hökmü dəyişdirildi – FOTO

İranın ictimai problemləri və repressiv hökumətin siyasəti ilə bağlı etiraz mahnıları ilə tanınan musiqiçi Tumac Salehinin barəsində çıxarılan hökm dəyişdirilib. Bu barədə “Azad İran” “Telegram” kanalı xəbər verib. Bildirilir ki, məşhur reper səlahiyyətli orqanlarla “səmərəli əməkdaşlıq” etdiyinə görə, barəsindəki edam hökmü həbs cəzasına endirilib. Qeyd olunur ki, molla rejimi tərəfindən həbs edilən musiqiçi çox ağır […]

Mədəniyyət

Vaqif Poeziya Günləri keçiriləcək

Heydər Əliyev Fondu, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Azərbaycan Yazıçılar Birliyinin təşkilatçılığı ilə Vaqif Poeziya Günləri başlayır. Oxu.Az xəbər verir ki, Poeziya Günləri iyulun 13-də Molla Pənah Vaqifin doğma şəhəri – Qazaxın Yuxarı Salahlı kəndindən start götürəcək. İyulun 14-15-də isə Vaqif Poeziya Günləri mədəniyyət paytaxtımız Şuşada davam edəcək. Şuşa Vaqif üçün çox böyük əhəmiyyətə malik […]

Mədəniyyət

Albaniyanın birinci xanımı Xalça Muzeyi ilə tanış olub – FOTO

Albaniya Respublikasının birinci xanımı Armanda Beqay iyulun 7-də Azərbaycan Milli Xalça Muzeyi ilə tanış olub. AZƏRTAC xəbər verir ki, muzeydə qonağa xalqımızın qədim xalçaçılıq sənəti, onun tarixi, adət-ənənəsi haqqında məlumat verilib. Bildirilib ki, Azərbaycan xalçaçılıq sənətinin əsas bədii istiqamətlərini əks etdirən muzeyin kolleksiyası nadir gözəlliyin, istifadə olunan materialların, toxuma texnikasının, xalçalara məxsus zərif və dərin […]

Mədəniyyət

Kubalı cazmenin Heydər Əliyev Mərkəzində coşqu yaradan konserti – FOTO/VİDEO

Beynəlxalq Bakı Yay Caz Günlərinin ikinci günü də cazsevərlərə gözəl musiqi axşamı yaşadıb. Heydər Əliyev Mərkəzində Bakı Yay Caz Günləri çərçivəsində məşhur caz pianoçu Alfredo Rodriges çıxış edib. Kubalı cazmenin Bakı konserti musiqiçinin dünya turnesi çərçivəsində baş tutub.  Konsert musiqiçilərin dinamik improvizələri və tamaşaçıların coşqulu anları ilə yadda qalıb.  Alfredo Rodriges ilk dəfə 2006-cı ildə […]

Mədəniyyət

Şirvan-Salyan Regional Mədəniyyət İdarəsinə rəis təyin olundu

Ötən gün strukturu təsdiq olunan Şirvan-Salyan Regional Mədəniyyət İdarəsinə rəis təyin olunub. “Report”un məlumatına görə, Mədəniyyət Naziri Adil Kərimlinin müvafiq əmrinə əsasən Şahin Şahbazov bu vəzifəyə təyinat alıb. Yeni idarə Biləsuvar Regional Mədəniyyət İdarəsinin əsasında yaradılıb və Biləsuvar şəhərində fəaliyyət göstərəcək. Ş. Şahbazov bu təyinatadək 2021-ci ilin may ayından Lənkəran Regional Mədəniyyət İdarəsinin rəisi vəzifəsini daşıyıb. […]

Mədəniyyət

Qərbi Azərbaycan Xronikası: Vedibasar xalçasının digər xalçalardan fərqi – VİDEO

Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində sənətşünaslıq üzrə fəlsəfə doktoru, tanınmış teleaparıcı Elçin Əlibəylinin təqdimatında “Qərbi Azərbaycan ilmələri” adlı veriliş efirə gedib. Veriliş Vedibasar mahalının sənətkarlıq nümunələrinə həsr olunub. Ekran işində qədim mədəniyyəti olan Vedibasarın tarixindən geniş söhbət açılır. Bildirilir ki, bu mahal öz coğrafi mövqeyinə görə çox əlverişli ərazidə yerləşirdi. Elə buna görə də həmişə […]

Mədəniyyət

Atasını şərləyib tutdurdular, Amerikada yaşamaq istəmədiyi üçün həyat yoldaşından ayrıldı – FOTO

Bu gün Əməkdar artist, məşhur müğənni Sevda Ələkbərzadənin doğum günüdür. Kulis.az bu münasibətlə onun haqqında maraqlı faktları təqdim edir. Sevda Çingiz qızı Ələkbərzadə 4 iyul 1977-ci ildə Bakıda yazıçı ailəsində anadan olub. Onun babası məşhur yazıçı Əbülhəsən, atası isə publisist-yazıçı Çingiz Ələkbərzadə olub. Onlar bir müddət Bakıda yaşasalar da, sonradan atasının işi ilə əlaqədar olaraq İsmayıllıya köçürlər. […]

Mədəniyyət

Heydər Əliyev Mərkəzində Bakı Yay Caz Günlərinin ilk konserti keçirilib – FOTO/VİDEO

İyulun 3-dən Bakıda Beynəlxalq Bakı Yay Caz Günləri başlayıb. Ötən gün Bakı Yay Caz Günlərinin açılışında Heydər Əliyev Mərkəzinin “Auditorium” zalında iki konsert proqramı təqdim olunub. Tamaşaçılar qarşısına əvvəlcə Türkiyənin məşhur gitaraçısı Önder Focan və vokalçı Meltem Ege çıxıblar. Onların ifasını klassik musiqi konsertləri ilə tanınan Bakı Kamera Orkestri müşayiət edib. Bu dəfə orkestr tamaşaçılarının […]

Mədəniyyət

Mədəniyyət Nazirliyində YENİ TƏYİNATLAR – YENİLƏNİB

Mədəniyyət Nazirliyinin bəzi yeni regional idarələrinə təyin olunan rəislərin adları məlum olub. Nazirlikdən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, Şahin Yusif oğlu Şahbazov Şirvan-Salyan, Nurəddin Səftər oğlu Mehdiyev Qazax-Tovuz, Bəxtiyar Vaqif oğlu Qılıncov isə Lənkəran-Astara Regional Mədəniyyət İdarəsinə rəis təyin olunublar. 17:30 Mədəniyyət Nazirliyinin yeni regional idarələrinin strukturu təsdiq olunub, təyinatlar var. Bu barədə “Report”un sorğusuna cavab […]

Mədəniyyət

Elza Seyidcahan Yazıçılar Birliyinin üzvü oldu – FOTO

Müğənni Elza Seyidcahan Azərbaycan Yazıçılar Birliyinin (AYB) üzvlüyünə qəbul edilib. Oxu.Az xəbər verir ki, bu barədə xalq yazıçısı, AYB-nin sədr müavini Çingiz Abdullayev məlumat verib. Bu gün AYB-yə dəvət olunan E.Seyidcahana üzvlük bileti təqdim edilib. “Bu gün Elza Seyidcahan üzvlük vəsiqəsi alıb”, – deyə Xalq yazıçısı qeyd edib. Xeberal.az